Tədris prosesinin təşkili şöbəsi

 

FƏALİYYƏTİNİN İSTİQAMƏTLƏRİ:

-Tədris ilinin əvvəlində bütün istiqamətlər üzrə universitetə qəbul olmuş abituriyentlər haqqında müvafiq fakültə dekanlıqlarından təqdimatların alınması və DİM protokolları ilə tutuşdurulduqdan sonra onların I kursa qəbul olunmaları barədə əmrin hazırlanması;

-Yeni tədris ilinə hazırlıq məqsədi ilə dərs yükünün planlaşdırılması, bölgüsünə nəzarət və onun təsdiq olunduqdan sonra əmrləşdirilməsi. Ştatda olan 1350 müəllim və saat hesabı qaydada fəaliyyət göstərən 1400-dən çox müəllimin şəxsi işlərinin yığılması;

-Seçki müddəti başa çatmış professor-müəllim heyətinin seçkisi, vakant vəzifələri tutmaq üçün elanların hazırlanması və ərizələrin qəbulu. Fakültə Elmi Şurasında müzakirə olunduqdan sonra bu qurumların çıxarışlarına əsasən əmrləşdirilmənin həyata keçirilməsi;

-Tələbələrin xaric olunma, akademik məzuniyyət, soyadın dəyişilməsi, töhmət verilmə, təqaüd verilməsi, yay və qış tətilləri müddətində xariç olmuş tələbələrin yenidən bərpası, eləcə də köçürülməsinə dair  təqdim olunmuş sənədlərin müvafiq komissiya üçün hazırlanması ;

-Dəftərxana və fakültələrdən daxil olan icra üçün qeydiyyat işinin aparılması və nəzarəti , icra olunmuş əmrləşdirilmiş sənədlərin yerləşdirilməsi, tədris hissəsindən kənara göndərilən məktubların qeydiyyatı ;

-İllik stasistik hesabatın (forma 3 –ET) və hər 3 aydan bir rüblük hesabatların hazırlanması. Tələbələrin “hərəkətlərinin” əmr kitabında qeyd olunması ;

-Fakültələrin təqdimatları əsasında DAK sədlərinin siyahısının Təhsil Nazirliyinə təsdiq üçün göndərilməsi ;

-I kursa qəbul olunmuş tələbərin şəxsi işlərinin fakültələrdən qəbul olunması, təhsil aldıqları müddətdə onlara aid  verilmiş əmrlərin işlənib n şəxsi işlərinə qeyd olunması;

-Tədris hissəsi üzrə əmrlərin, sərənçamların və sorğu məktublarının və digər sənədlərin hazırlanması;

-Saathesabı müəllimlərə zəhməthaqqının ödənilməsi sənədlərinin hazırlanması.

Ümumiyyətlə, Tədris hissəsinin fəaliyyəti çox istiqamətli olmaqla 16281 tələbə və 1350 professor- müəllim heyətini əhatə edir.

 

Əlaqə:

Tədris hissəsinin əlaqə telefonları: 539-06-86; 539-09-21

Ünvan : AZ-1148, Z.Xəlilov küçəsi 23, Əsas bina, II mərtəbə, otaqlar 224, 247, 441

 

 

Tədris prosesinin təşkili şöbəsinin funksiyaları

 

  1. Dövlət Təhsil Standartları, tədris və işci-tədris planları və proqramları
  1. Tələbə kontingenti və professor-müəllim heyəti haqqında informasiya və statistik məlumatlar
  1. Fakültə və kafedralar üzrə tədris yükünün bölgüsü və onun yerinə yetirilməsinə nəzarət
  1. Kafedraların fənlər üzrə dərslik, dərs vəsaiti və proqramlarla təminatı
  1. Professor-müəllim heyətinin müsabiqəsinin keçirilməsinin təşkili
  1. Kredit sistemi: dərsə davamiyyət: çoxballı sistemdə ballar
  1. Dərs cədvəlləri və dərslərin gedişatına nəzarət
  1. Auditoriya fondu (tutumu göstərməklə) və onun fakültələr üzrə bölgüsü
  1. Nizamnamə, əsasnamə , təlimat məktubları və rəhbər əmrlər
  1. Tədris prosesi ilə əlaqədar əmrlərin hazırlanması
  1. Yazışmalar, təqdimatlar

 

Əməkdaşlar:

 

Məmmədova Fəridə Qəzənfər qızı - baş metodist

Qədimova Zemfira Qüdrət qızı - baş metodist

Məhərrəmova Sevinc Xanəhməd qızı – baş metodist

Əhmədova Lətafət Əli qızı- baş metodist

Hüseynova Cəmilə Sabir qızı - baş metodist

Ələsgərova Sevinc Mikayıl qızı - tyutor I dərəcəli

Qarayeva Xəyalə Orucəli qızı - tyutor I dərəcəli

Cabbarova Aysel Ziloy qızı - tyutor II dərəcəli

Hüseynova Elnarə Qurban qızı - inspektor

Hüseynova Pərvanə Əsgər qızı - tyutor III dərəcəli