Transfer.edu.az ilə köçürülən tələbələrin cavabları açıqlanıb
05.09.2018-ci il tarixində 2017/2018-ci tədris ilinin yay tətil dövründə https://transfer.edu.az/ saytına müraciət edərək bir ali təhsil müəssisəsindən digərinə köçürülən, ixtisasını dəyişən və ya yalnız Bakı Dövlət Universitetində ixtisasını, tədrisformasını, tədris bölməsini dəyişən tələbələrin cavabları açıqlanıb.
Qeydiyyat üçün tələb olunan sənədlərin siyahısı aşağıdakı kimidir:
2017/2018-ci tədris ilinin yay tətil dövründə https://transfer.edu.az/ saytına müraciət edərək bir ali təhsil müəssisəsindən digərinə köçürülən, ixtisasını dəyişən tələbələrin qeydiyyatı üçün tələb olunan SƏNƏDLƏR:
- Əvvəlki təhsil səviyyəsi barədə sənəd, qəbul və xaric olunma, təhsili barədə əmrlərdən çıxarışlar (tələbənin şəxsi işi)
- Təhsil Nazirliyi tərəfindən verilən blankda akademik arayış
- Şəxsiyyət vəsiqəsinin əsli və surəti
- BDU-nun rektorunun adına ərizə (Ərizə formasına uyğun)
- Tələbə anket forması (BDU, əsas bina, 247-ci otaqdan veriləcəkdir)
2017/2018-ci tədris ilinin yay tətil dövründə https://transfer.edu.az/ saytına müraciət edərək Bakı Dövlət Universitetində ixtisasını dəyişən tələbələrin qeydiyyatı üçün tələb olunan SƏNƏDLƏR:
- Şəxsiyyət vəsiqəsinin əsli və surəti
- Möhürlü formada akademik transkript
- BDU-nun rektorunun adına ərizə (Ərizə formasına uyğun)
- Tələbə anket forması (BDU, əsas bina, 247-ci otaqdan veriləcəkdir)
Qeydiyyat 14.09.2018-ci il tarixinədək aparılacaqdır.
Saat 10:00-dan 17:00-dək (Fasilə 13:00-14:00)