Azərbaycan Respublikasının Nazirlər Kabinetinin "Ali təhsil müəssisələrinin bakalavriat və magistratura səviyyələrində kredit sistemi ilə tədrisin təşkili Qaydaları"nın təsdiq edilməsi haqqında 24 dekabr 2013-cü il tarixli 348 nömrəli qərarının icrası barədə Azərbaycan Respublikası təhsil nazirinin əmri
“Ali təhsil müəssisələrinin bakalavriat və magistratura səviyyələrində, əsas (baza ali) tibb təhsilində və Azərbaycan Milli Elmlər Akademiyasının magistratura səviyyəsində kredit sistemi ilə tədrisin təşkili Qaydaları”nın təsdiq edilməsi haqqında[1]
AZƏRBAYCAN RESPUBLİKASI NAZİRLƏR KABİNETİNİN QƏRARI
Azərbaycan Respublikası Prezidentinin 2009-cu il 22 may tarixli 295 nömrəli Sərəncamı ilə təsdiq edilmiş “2009-2013-cü illərdə Azərbaycan Respublikasının ali təhsil sistemində islahatlar üzrə Dövlət Proqramı”nın həyata keçirilməsi üzrə Tədbirlər Planının 2.32-ci bəndinin icrasını təmin etmək məqsədi ilə Azərbaycan Respublikasının Nazirlər Kabineti qərara alır:
“Ali təhsil müəssisələrinin bakalavriat və magistratura səviyyələrində, əsas (baza ali) tibb təhsilində və Azərbaycan Milli Elmlər Akademiyasının magistratura səviyyəsindəkredit sistemi ilə tədrisin təşkili Qaydaları” təsdiq edilsin (əlavə olunur).
Azərbaycan Respublikasının Baş naziri Artur Rasi-zadə
Bakı şəhəri, 24 dekabr 2013-cü il
№ 348
Azərbaycan Respublikası Nazirlər Kabinetinin 2013-cü il 24 dekabr tarixli 348 nömrəli qərarı ilə TƏSDİQ EDİLMİŞDİR |
Ali təhsil müəssisələrinin bakalavriat və magistratura səviyyələrində, əsas (baza ali) tibb təhsilində və Azərbaycan Milli Elmlər Akademiyasının magistratura səviyyəsində kredit sistemi ilə tədrisin təşkili[2]
Q A Y D A L A R I
1. Ümumi müddəalar
1.1. Bu Qaydalar “Təhsil haqqında” Azərbaycan Respublikasının Qanununa, Azərbaycan Respublikası Prezidentinin 2009-cu il 22 may tarixli 295 nömrəli Sərəncamı ilə təsdiq edilmiş “2009-2013-cü illərdə Azərbaycan Respublikasının ali təhsil sistemində islahatlar üzrə Dövlət Proqramı”nın həyata keçirilməsi üzrə Tədbirlər Planına, Azərbaycan Respublikası Nazirlər Kabinetinin müvafiq qərarları ilə təsdiq edilmiş “Ali təhsil pilləsinin dövlət standartı və proqramı”na, “Bakalavriat təhsilinin məzmunu və təşkili Qaydaları”na, “Magistratura təhsilinin məzmunu, təşkili və “magistr” dərəcələrinin verilməsi Qaydaları”na və Avropa Kredit Transfer Sisteminə uyğun olaraq hazırlanmışdır.
1.2. Bu Qaydalar tabeliyindən, mülkiyyət növündən və təşkilati-hüquqi formasından asılı olmayaraq, Azərbaycan Respublikasının ərazisində fəaliyyət göstərənbütün ali təhsil müəssisələrinə və Azərbaycan Milli Elmlər Akademiyasına (bundan sonra - AMEA) şamil edilir. Azərbaycan Respublikasında müvafiq qaydada dövlət qeydiyyatına alınmış, fəaliyyətinə lisenziya verilmiş xarici ölkələrin ali təhsil müəssisələri və (və ya) filialları öz ölkələrində mövcud olan tədrisin təşkili qaydalarını həmin təhsil müəssisələrində tətbiq edə bilərlər.[3]
1.3. Kredit sistemi əsasında təşkil olunmuş tədris prosesinin xüsusiyyətləri aşağıdakılardan ibarətdir:
1.3.1. hər bir təhsilalanın (bundan sonra – tələbənin) fərdi tədris planının olması və onların bu planın tərtib edilməsində iştirak etməsi;
1.3.2. ali təhsil müəssisəsinin və AMEA-nın tədris planlarına uyğun olaraq, tədris fənlərinin, semestrlər üzrə kreditlərin miqdarının, təhsilverənlərin və akademik məsləhətçilərin (tyutorların) seçiminin sərbəstliyinin təmin edilməsi;[4]
1.3.3. təhsil prosesinə akademik məsləhətçilərin (tyutorların) cəlb olunması;
1.3.4. tələbəyə sərbəst iş üçün şəraitin yaradılması;
1.3.5. biliyin qiymətləndirilməsində çoxballı sistemin tətbiq edilməsi;
1.3.6. hər semestrdə tədris qruplarının fənlər üzrə formalaşdırılması;
1.3.7. hər bir fənn üzrə ayrıca jurnalın tərtib edilməsi;[5]
1.3.8. tələbə və təhsilverənlərin mobilliyinin təmin olunması;
1.3.9. təhsilalma müddətinin tələbənin nailiyyətindən asılı olması (xüsusi təyinatlı ali təhsil müəssisələri istisna olmaqla);
1.3.10. fakültələrin, kafedraların, ixtisasların, fənlərin, müəllimlərin və tələbələrin kodlaşdırılması.
1.4. Ali təhsil müəssisəsi və AMEA tələbələri kredit sisteminin təşkili qaydaları ilə tanış etməli və təhsil müddətində tələbəyə tədris planında nəzərdə tutulmuş krediti qazanmasına şərait yaratmalıdır.
1.5. Ali təhsil müəssisələrində və AMEA-da kredit sistemi ilə tədrisin təşkili müvafiq qurumlar (tədris hissəsi, qeydiyyat, qiymətləndirmə, monitorinq bölmələri) tərəfindən tənzimlənir. [6]
1.6. Bu Qaydalar ali təhsilin əyani (tədrisə tam cəlb olunma - fulltime və tədrisə qismən cəlb olunma - parttime) və qiyabi təhsilalma formalarına şamil edilir.[7]
1.7. Bu Qaydaların icrası ilə bağlı tələb olunan xərclərin maliyyələşdirilməsi dövlət sifarişi ilə təhsil alan tələbələrə görə ali təhsil müəssisələrinə və AMEA-ya dövlət büdcəsindən ayrılan vəsaitlər, habelə həmin müəssisələr və AMEA tərəfindən ödənişli təhsildən, sahibkarlıq fəaliyyətindən və qanunvericiliyə uyğun olaraq həyata keçirilən digər fəaliyyətlərdən əldə olunan vəsaitlər hesabına təmin edilir.
2. Əsas anlayışlar
2.1. Bu Qaydalarda istifadə olunan əsas anlayışlar aşağıdakı mənaları ifadə edir:
2.1.1. təhsil krediti – fənnin məzmununa və həcminə uyğun olaraq, onun mənimsənilməsinə ayrılan vaxtın ölçü vahididir;
2.1.2. ixtisasın (ixtisaslaşmanın) tədris planı – ali təhsilin müvafiq səviyyəsində ixtisas (ixtisaslaşmalar) üzrə təhsil proqramlarına uyğun olaraq, tədris olunan fənlərə və auditoriyadankənar məşğələlərə ayrılan saatların miqdarını müəyyən edən əsas tənzimləyici sənəddir;
2.1.3. ixtisasın (ixtisaslaşmanın) tədris qrafiki – ixtisasın (ixtisaslaşmanın) tədris planında göstərilmiş fənlərin tədris illəri üzrə bölgüsünü əks etdirən sənəddir;
2.1.4. tələbənin fərdi tədris planı – tələbənin tədris ili ərzində təhsil alacağı fənləri, onların müvafiq kreditlərini, fənlər üzrə müəllimlərin siyahısını əks etdirən sənəddir;
2.1.5. ixtisaslar (ixtisaslaşmalar) üzrə illik işçi tədris planı – ixtisasın (ixtisaslaşmanın) tədris planına və tələbələrin fərdi tədris planlarına uyğun hazırlanmış, cari tədris ilində tədris olunacaq fənlərin adlarını, dərsin növlərini, fənlərin kreditlərini və tələbələrin sayını özündə əks etdirən sənəddir;
2.1.6. müəllimin illik işçi tədris planı – müəllimin tədris etdiyi fənləri, mühazirə və məşğələlərə (laboratoriya işlərinə) ayrılan saatların miqdarını, həmin fənlərin semestrlər üzrə tədrisini, həmçinin fənn üzrə tələbələrin sayını özündə əks etdirən sənəddir;
2.1.7. tələbənin sərbəst işi – tələbənin tapşırıqları sərbəst və müəllimin rəhbərliyi ilə auditoriyadankənar həyata keçirdiyi müstəqil işidir;
2.1.8. akademik məsləhətçi (tyutor) – ali təhsil müəssisələrində və AMEA-da tədris məsləhətçisidir;
2.1.9. akademik mobillik – tələbənin və professor-müəllim heyətinin ölkədaxili və xarici ölkələrin ali təhsil müəssisələrində və AMEA-da müvafiq olaraq sərbəst təhsil almaq və akademik fəaliyyət göstərmək hüququdur;
2.1.10. Avropa Kredit Transfer Sistemi (AKTS) – təhsil proqramı ilə müəyyən olunmuş kompetensiyalara nail olmaq üçün tələbənin iş yükünü və təhsilalma istiqamətini müəyyənləşdirən sistemdir. Bu sistem, həmçinin tələbələrin mobilliyini təmin edir və təhsil proqramlarının dövlətlərarası müqayisəsi və tanınması prosedurlarını asanlaşdırır;
2.1.11. prerekvizit fənlər – tədrisi ilk növbədə zəruri olan fənlərdir;
2.1.12. akademik transkript – tələbənin təhsil müddətində keçdiyi fənlər üzrə topladığı kreditləri və qiymətləri (rəqəm və hərflərlə) özündə əks etdirən sənəddir;
2.1.13. fənlər üzrə qeydiyyat – tələbələrin təhsil müəssisəsinin və AMEA-nın müəyyən etdiyi qaydada fənləri seçmə prosedurudur;
2.1.14. Ümumi Orta Müvəffəqiyyət Göstəricisi (ÜOMG) – tələbənin təhsil proqramını mənimsəmə səviyyəsinin göstəricisidir. ÜOMG tələbənin tədris fəaliyyətini fəallaşdırmaq, özünənəzarət mexanizmini yaratmaq, tədrisdə əldə etdiyi nailiyyətlərini qiymətləndirmək məqsədi ilə tətbiq edilir;
2.1.15. akademik təqvim – ali təhsil müəssisəsində və AMEA-da tədris ili üzrə nəzərdə tutulmuş tədbirləri özündə əks etdirən sənəddir;
2.1.16. müvəffəqiyyətlə təhsil alan tələbə - fərdi tədris planında qeyd olunan bütün fənlər üzrə müəyyən olunmuş kreditləri qazanan tələbədir;
2.1.17. akademik borcu olan tələbə - fərdi tədris planında qeyd olunan fənlərin ən azı birindən müəyyən olunmuş krediti qazana bilməyən tələbədir;
2.1.18. tədrisə tam cəlb olunma (fulltime) - ixtisasın təhsil proqramı ilə müəyyən olunmuş normativ təhsil müddətinə uyğun, tədris qrafiki ali təhsil müəssisəsi tərəfindən planlaşdırılan əyani təhsilalma formasının növüdür;
2.1.19. tədrisə qismən cəlb olunma (parttime) - ixtisasın tədris planına uyğun, hər semestrdə iki fəndən az olmamaqla, tədris qrafiki tələbə tərəfindən planlaşdırılan əyani təhsilalma formasının növüdür;
2.1.20. cari qiymətləndirmə - fənn üzrə tələbənin semestr müddətində fəaliyyətinin qiymətləndirilməsidir;
2.1.21. aralıq qiymətləndirmə - fənn üzrə tələbənin imtahan zamanı bilik və bacarıqlarının qiymətləndirilməsidir.[8]
3. Tədris prosesi
3.1. Tədris-metodiki təminat
3.1.1. Ali təhsil müəssisələrində və AMEA-da tələbələrin təhsili ixtisas (ixtisaslaşma) üzrə təhsil proqramı əsasında həyata keçirilir. Ayrı-ayrı ixtisaslar (ixtisaslaşmalar) üzrə tədrisin təşkili və təhsil prosesinin tədris-metodiki təminatı “Təhsil haqqında” Azərbaycan Respublikası Qanununun, Azərbaycan Respublikası Nazirlər Kabinetinin 2010-cu il 23 aprel tarixli 75 nömrəli qərarı ilə təsdiq edilmiş “Ali təhsil pilləsinin dövlət standartı və proqramı”nın, 2010-cu il 24 iyun tarixli 117 nömrəli qərarı ilə təsdiq edilmiş “Bakalavriat təhsilinin məzmunu və təşkili Qaydaları”nın və 2010-cu il 12 may tarixli 88 nömrəli qərarı ilə təsdiq edilmiş “Magistratura təhsilinin məzmunu, təşkili və “magistr” dərəcələrinin verilməsi Qaydaları”nın tələblərinə uyğun olaraq həyata keçirilir.
3.1.2. Kredit sistemində Azərbaycan Respublikasının Təhsil Nazirliyi tərəfindən müəyyən olunmuş formalar üzrə aşağıdakı tədris sənədlərindən istifadə edilir:
3.1.2.1. ixtisasın (ixtisaslaşmanın) tədris planı;
3.1.2.2. ixtisasın (ixtisaslaşmanın) tədris qrafiki;
3.1.2.3. ixtisas (ixtisaslaşma) üzrə illik işçi tədris planı;
3.1.2.4. tələbənin fərdi tədris planı;
3.1.2.5. müəllimin illik işçi tədris planı.
3.2. Tədrisin təşkili
3.2.1. Tədris ili iki semestrdən (payız və yaz) ibarətdir. Bundan əlavə, yay tətili müddətində 6 (altı) həftədən çox olmayaraq yay semestri də təşkil oluna bilər.
3.2.2. Ali təhsilin hər iki səviyyəsində əyani təhsilalma forması üzrə tədris ili 40 həftədir. Hər semestr 20 həftədən (o cümlədən, 5 həftə imtahan sessiyası) ibarətdir. Bir semestrə, tədrisə tam cəlb olunan (fulltime) tələbəyə 30 (tələbənin prerekvizit fənn və ya fənlərdən akademik borcu qaldığı halda, kreditlərin sayı az ola bilər), tədrisə qismən cəlb olunan (parttime) tələbəyə 20-yə qədər kredit müəyyənləşdirilir. Bir kredit tələbənin auditoriya və auditoriyadankənar 30 saatlıq işinə bərabərdir. Tələbənin 5 (beş) günlük iş rejimində həftəlik auditoriya və auditoriyadankənar ümumi yükünün həcmi 45 saatdır (xüsusi təyinatlı ali təhsil müəssisələri istisna olmaqla). Tələbənin həftəlik işinin həcmi 1,5 kreditdir (yay semestri istisna olmaqla). Buraxılış işinin, magistrlik dissertasiyasının hazırlanmasına və müdafiəsinə, eləcə də buraxılış dövlət və semestr imtahanlarına hazırlığa, imtahanın verilməsinə və təcrübələrin keçirilməsinə ayrılmış hər bir həftə 1,5 kreditə bərabərdir.[9]
3.2.3. Qiyabi təhsilalma forması üzrə tədris ili 32 həftədir. Hər semestr 16 həftədən (o cümlədən, 1 həftə imtahan sessiyası) ibarətdir və hər semestrə 24 kredit müəyyənləşdirilir.
3.2.4. İxtisasın (ixtisaslaşmanın) təhsil müddətindən asılı olaraq, tələbələrə bakalavriatda 240-300 kredit (əsas (baza ali) tibb təhsilində 300-360 kredit), magistraturada təhsilin normativ müddəti 1,5 il olduğu halda 90, 2 (iki) il olduğu halda isə 120 kredit müəyyənləşdirilir. Müəyyən olunmuş kreditin tələbə tərəfindən yığılması məcburidir.[10]
3.2.5. Tədrisə tam cəlb olunan (fulltime) tələbəyə əlavə fənn (fənlər) də seçməyə icazə verilir. Bu halda təhsil haqqının ödənilməsi bu Qaydaların 4.3-cü bəndinin tələblərinə uyğun həyata keçirilir. Dövlət sifarişi ilə təhsil alan və bütün təhsil müddətində ayrı-ayrı fənlərdən göstəricisi 81-100 bal arasında olan tələbələrə əlavə ödəniş etmədən bu Qaydaların 3.2.11-ci yarımbəndinin tələbləri nəzərə alınmaqla, təhsil aldığı ixtisas üzrə əlavə fənn (fənlər) seçməyə icazə verilir. Bütün hallarda bir semestrdə tələbənin götürdüyü kreditlərin sayı 40-dan çox olmamalıdır.[11]
3.2.6. Tələbəyə bakalavriat səviyyəsində gələcək peşə fəaliyyətində istifadə etməsi və ya oxşar ixtisas üzrə (təhsil proqramında tədrisi nəzərdə tutulan fənlərin və onlara ayrılan kreditlərin ən azı 70 faizi eyni olduğu halda) əlavə təhsil alması məqsədi ilə bu Qaydaların 3.2.5-ci yarımbəndinin tələbləri gözlənilməklə, ödənişli əsaslarla müvafiq ixtisasların fənnini (fənlərini) seçmək hüququ da verilir. Bu şərtlərlə əlavə təhsil alanlara həmin ixtisas üzrə bakalavr dərəcəsi və müvafiq diplom verilir.
3.2.7. Tədris planında tədris işinin həcmi kredit vahidləri ilə müəyyən edilir. Kreditlər tələbənin aşağıdakı fəaliyyəti üzrə müəyyənləşdirilir:
3.2.7.1. auditoriya (mühazirə, seminar, praktik məşğələlər, laboratoriya) dərslərində iştirak etməsi;
3.2.7.2. auditoriyadankənar (tələbənin müstəqil və müəllimin rəhbərliyi ilə sərbəst işi) işi;
3.2.7.3. təcrübələrdə iştirak etməsi;
3.2.7.4. laboratoriya işlərini yerinə yetirməsi;
3.2.7.5. kurs işini və layihələrini hazırlaması və müdafiə etməsi;
3.2.7.6. imtahanlara hazırlığı və imtahanları verməsi;
3.2.7.7. buraxılış işini, magistrlik dissertasiyasını hazırlaması və müdafiəsi, eləcə də buraxılış dövlət imtahanına hazırlığı və həmin imtahanı verməsi.
3.2.8. Tədris planında fənlər vacibliyinə və məzmununun mənimsənilməsi ardıcıllığına görə aşağıdakı 3 qrupa bölünür:
3.2.8.1. məcburi və ardıcıl öyrənilən fənlər üzrə;
3.2.8.2. məcburi, lakin ardıcıllığı vacib olmayan fənlər üzrə;
3.2.8.3. tələbələrin öz seçimi əsasında öyrənilən fənlər üzrə.
3.2.9. Oxşar ixtisas (ixtisaslaşma) üzrə tədris planları hazırlanarkən, müvafiq fənlərin məzmununun unifikasiyasına nail olunmalıdır.
3.2.10. Kredit sistemində ali təhsil müəssisəsi və AMEA tərəfindən ixtisasın (ixtisaslaşmanın) təhsil proqramı, ixtisasın (ixtisaslaşmanın) tədris planı və ixtisasın (ixtisaslaşmanın) tədris qrafiki hazırlanaraq aidiyyəti qurumlara, tələbənin fərdi tədris planı və müəllimin illik işçi tədris planı müvafiq olaraq tələbələrə və müəllimlərə verilir, eləcə də ali təhsil müəssisəsinin və AMEA-nın saytında yerləşdirilir.
3.2.11. Hər tədris ili üçün ixtisasın (ixtisaslaşmanın) tədris qrafiki əsasında tələbənin fərdi tədris planı hazırlanır. Fənlərin prerekvizitliyi gözlənilməklə, tələbənin fərdi tədris planı müəyyən olunmuş forma üzrə onun özü tərəfindən tərtib edilir. Bu zaman akademik məsləhətçinin (tyutorun) köməyindən də istifadə oluna bilər. Tələbənin fərdi tədris planı tərtib edilərkən, ali təhsil müəssisəsi və AMEA ona həm fənn, həm də yüksəkixtisaslı müəllimlərin (vəzifələri, elmi dərəcələri və elmi adları göstərilməklə) seçilməsində öz təkliflərini verir. Növbəti tədris ili üçün tələbənin fərdi tədris planı tərtib olunarkən, buraya ilk növbədə əvvəlki ildən akademik borcu qalan fənlər daxil edilir (xüsusi təyinatlı ali təhsil müəssisələri istisna olmaqla). Akademik borc yaranan fənn (fənlər) müvafiq semestrdə tədris olunmadığı və ya həmin fənn (fənlər) üzrə qrup yaradılmadığı halda bu tələb istisna edilir.
3.2.12. İxtisasın (ixtisaslaşmanın) illik işçi tədris planı müvafiq olaraq təhsil proqramı, tədris planı, tədris qrafiki və tələbələrin fərdi tədris planları əsasında ali təhsil müəssisəsi və AMEA tərəfindən hazırlanır.
3.2.13. Müəllimlərin illik işçi tədris planı ixtisasın (ixtisaslaşmanın) illik işçi tədris qrafiki və tələbələrin fərdi tədris planları əsasında hazırlanır.
3.2.14. Cari və aralıq qiymətləndirmənin ümumi nəticələrinə görə fənn üzrə müvəffəq qiymət almış tələbə həmin fəndən kreditləri qazanmış hesab olunur. Cari və aralıq qiymətləndirmənin ümumi nəticələrinə, habelə aralıq qiymətləndirmənin nəticəsinə görə qeyri-müvəffəq qiymət almış, eləcə də üzrlü və ya üzrsüz səbəbdən imtahanda iştirak etməmiş tələbə bu fəndən kreditləri qazanmır, yəni həmin fənn üzrə akademik borcu qalır. Cari və aralıq qiymətləndirmənin nəticələrinə, habelə aralıq qiymətləndirmənin nəticəsinə görə, eləcə də üzrsüz səbəbdən imtahanda iştirak etmədiyinə görə akademik borcu yaranmış tələbəyə həmin fənn (fənlər) üzrə təkrar imtahan vermək (xüsusi təyinatlı ali təhsil müəssisələri istisna olmaqla) və ya fənni (fənləri) yenidən dinləmək üçün şərait yaradılmalıdır. Bu halda fənni (fənləri) yenidən dinləmədən kreditləri qazanmaq istəyən tələbə bu imkandan təhsil proqramı ilə müəyyən olunmuş müddətdə həmin fənn (fənlər) tədris olunduğu semestrdə (akademik borcu yaranan semestrdə imtahan sessiyasından sonra növbəti semestr başlayanadək və ya növbəti semestrlərdən birində imtahan sessiyası zamanı) istifadə edə bilər. Tələbə (üzrlü səbəbdən imtahanda iştirak etməyən tələbələr istisna olmaqla) hər semestrdə fənni (fənləri) dinləmədən ümumilikdə iki fənn üzrə (hər fəndən bir dəfə olmaqla) imtahanda iştirak edə bilər. Üzrlü səbəbdən imtahanda (imtahanlarda) iştirak etməyən tələbəyə isə növbəti semestrin dərsləri başlanana qədər bir dəfə həmin imtahanı (imtahanları) vermək imkanı yaradılır. Bu imkandan istifadə etməyən tələbə üzrsüz səbəbdən imtahanda iştirak etməyən tələbə hesab olunur. Bütün hallarda təkrar imtahan verən tələbənin ümumi qiymətləndirilməsi zamanı onun fənni (fənləri) dinlədiyi semestrdəki cari qiymətləndirilmənin nəticələri nəzərə alınır və qazandığı kreditlər tədris planı üzrə həmin fənni (fənləri) dinlədiyi semestrə aid olunur. Üzrlü səbəbdən imtahanda iştirak etməyən tələbə növbəti semestrin dərsləri başlanana qədər imtahanda iştirak etdikdə, həmin fənn üzrə təkrar imtahan üçün ödəniş etmir, digər hallarda isə tələbənin imtahan üçün ödəniş haqqı bu Qaydaların 4.3-cü bəndinin tələblərinə uyğun həmin fənn üçün müəyyən edilən məbləğin 25 faizindən çox olmamaq şərtilə ali təhsil müəssisəsinin ali idarəetmə orqanı tərəfindən müəyyənləşdirilir və həmin müəssisənin rəsmi internet səhifəsində yerləşdirilir. Bütün digər hallarda akademik borcu olan tələbə fənni yenidən dinləməli və həmin fəndən (fənlərdən) dərslərdə iştirak etməklə, onun (onların) mənimsənilməsinə qoyulan tələbləri tam yerinə yetirməlidir. Bu halda təhsil haqqının ödənilməsi bu Qaydaların 4.3-cü bəndinin tələblərinə uyğun həyata keçirilir.[12]
3.2.15. Tələbə ali təhsil müəssisəsini və AMEA-nı bitirmək üçün tələb olunan kreditləri ixtisasın normativ təhsil müddətindən sonrakı 3 (üç) ildə (həqiqi hərbi xidmət müddəti nəzərə alınmamaqla) toplaya bilmədiyi halda o, məzmununda əsaslı dəyişikliklər edilən peşə hazırlığı fənlərindən əvvəllər qazandığı kreditləri itirir. Tələbə həmin kreditləri bu Qaydaların tələblərinə uyğun olaraq yenidən yığmalıdır.
3.2.16. Tələbə bir ali təhsil müəssisəsindən (ixtisasdan) digərinə köçürüldüyü, tələbələr sırasına bərpa olunduğu, akademik məzuniyyətdən qayıtdığı və təkrar ali təhsil aldığı hallarda, onun əvvəllər qazandığı kreditlər bu Qaydaların 3.2.15-ci yarımbəndinin tələblərinə uyğun olaraq nəzərə alınır.[13]
3.2.17. Bir müəllimi bu Qaydaların 4.2-1-ci bəndinə uyğun olaraq seçən tələbələrin sayı fənnin xüsusiyyətindən və tədrisin formasından (mühazirə, məşğələ, laboratoriya və s.) asılı olaraq ali təhsil müəssisəsi tərəfindən müəyyənləşdirilir.
3.2.18. Ali təhsil müəssisələrində və AMEA-da fənlərin və müəllimlərin seçiminə geniş imkan yaratmaq məqsədi ilə dərs cədvəli fənlər üzrə (müəllimin adı və soyadı qeyd edilməklə) tərtib olunur.[14]
3.2.19. Ali təhsil müəssisəsi və AMEA tərəfindən növbəti tədris ili üçün ixtisaslar (ixtisaslaşmalar) üzrə illik işçi tədris planı və fənlər üzrə dərs cədvəlləri tələbələrin fərdi tədris planları əsasında hazırlanaraq, mövcud qaydada tərtib və təsdiq edilir.
3.2.20. Üzrlü səbəbdən imtahanda iştirak etməyən tələbələrə növbəti semestrin dərsləri başlanana qədər bir dəfə həmin imtahanı vermək imkanı yaradılır. Üzrsüz səbəbdən imtahanda iştirak etməyən tələbə fənn (fənlər) üzrə akademik borcu qalmış hesab olunur və o, həmin fənn (fənlər) üçün müəyyən edilmiş kreditləri bu Qaydaların 3.2.14-cü yarımbəndinin tələblərinə uyğun olaraq qazana bilər.
3.2.21. Tədris prosesi auditoriya və auditoriyadankənar (tələbənin müstəqil və müəllimin rəhbərliyi ilə sərbəst işi) şəkildə təşkil olunur. Sərbəst işlərin həcmi keçirilən mühazirələrə, seminarlara və praktik məşğələlərə ayrılan akademik saatlara müvafiq olaraq, ali təhsil müəssisəsi və AMEA tərəfindən müəyyənləşdirilir. Bu zaman əyani təhsilalma forması üzrə bütün növ dərslərin 1 (bir) akademik saatına 1 (bir) saatdan az olmayaraq sərbəst iş müəyyənləşdirilir. Sərbəst işlərin ümumi həcmindən ən azı 40 faizi dərsdənkənar vaxtda müəllimin rəhbərliyi ilə həyata keçirilməlidir. Müəllimin tələbələrlə sərbəst işi onun tədris-metodiki işi hesab edilir.[15]
3.2.22. Tələbənin sərbəst işinin növü və forması (fərdi, komanda, qrup tapşırığı və s.) fənni tədris edən müəllim tərəfindən müəyyənləşdirilir.
3.2.23. Fənn üzrə ayrılmış auditoriya saatlarının 25 faizindən çoxunda iştirak etməyən tələbə (Azərbaycan Respublikası Gənclər və İdman Nazirliyinin Kollegiyası tərəfindən idman növləri üzrə təsdiq edilmiş milli yığma komandaların üzvləri olan idmançı-tələbələr istisna olmaqla) həmin fəndən imtahana buraxılmır. Bu hədd ali təhsil müəssisəsi tərəfindən azaldıla bilər.[16]
3.2.24. Tələbənin cari semestrdə akademik borcu qaldığı halda o, növbəti semestrdə təqaüddən məhrum edilir (xüsusi təyinatlı ali təhsil müəssisələri istisna olmaqla). Əgər həmin tələbə cari semestrdə götürdüyü bütün fənlərdən kreditləri qazanarsa, onun təqaüdü növbəti semestrdən bərpa olunur.
3.3. Tələbənin fərdi tədris planının tərtibi
3.3.1. Ali təhsil müəssisəsinə və AMEA-nın magistratura səviyyəsinə yeni qəbul olunan tələbələrə birinci tədris ili üçün fakültə və AMEA-nın Elm və Təhsil İdarəsitərəfindən fərdi tədris planı hazırlanır. Tələbə sentyabrın 10-dək həmin fərdi tədris planını almalıdır. Növbəti tədris ilində isə tələbələr bu Qaydaların 3.2.11-ci yarımbəndinin tələblərini gözləməklə, öz fərdi tədris planını hazırlayır və iyulun 5-dən 15-dək fakültəyə və ya AMEA-nın Elm və Təhsil İdarəsi təqdim edir. Fərdi tədris planında tələbə sentyabrın 10-dək düzəlişlər edə bilər. Fərdi tədris planı təhsil müəssisəsi tərəfindən tədris ilinin başlanğıcına qədər təsdiq edilir və bu tədris planının bir nüsxəsi tələbədə, bir nüsxəsi isə ali təhsil müəssisəsinin müəyyən etdiyi qurumda saxlanılır. [17]
3.3.2. Tələbənin fərdi tədris planında sonradan dəyişiklik edilməsinə icazə verilmir. Yalnız payız semestrindən akademik borcu qalanlar qış tətilinin ilk həftəsində növbəti semestr üçün fərdi tədris planlarında ali təhsil müəssisəsi və AMEA tərəfindən müəyyən olunmuş qaydada müvafiq düzəlişlər edə bilərlər.
3.3.3. Ali təhsil müəssisələrində və AMEA-da hər bir fənn üzrə yaradılan qrupda tələbələrin sayı fənnin xüsusiyyətindən və tədrisin formasından asılı olaraq, ali təhsil müəssisəsi və ya AMEA tərəfindən müəyyən edilir. Fənn üzrə müəyyən olunmuş sayda tələbə yığılmadıqda, həmin fənn ixtisasın (ixtisaslaşmanın) illik işçi tədris planına daxil edilmir və bu barədə tələbələrə məlumat verilir. Həmin fənnə yazılmış tələbələr öz fərdi tədris planlarında müvafiq qaydada dəyişikliklər aparırlar.[18]
3.3.4. Növbəti tədris ili üçün tələbə təyin olunmuş vaxtda öz fərdi tədris planını təqdim etmədikdə, onun təhsili ali təhsil müəssisəsi və AMEA üzrə həmin il üçün ixtisasın tədris qrafikinə uyğun təşkil edilir.
3.4. Yay semestrinin təşkili
3.4.1. Yay semestri aşağıdakı məqsədlərlə təşkil olunur:
3.4.1.1. akademik borcların ləğv edilməsi;
3.4.1.2. fənlərin prerekvizitliyi gözlənilməklə, humanitar fənlər bölümünə daxil olan və ali təhsil müəssisəsi və AMEA tərəfindən müəyyən edilən seçmə fənlərin kreditlərinin qazanılması;
3.4.1.3. müvəffəqiyyət qazanılan fəndən qiymətin yüksəldilməsi;
3.4.1.4. ali təhsil müəssisəsinin təklif etdiyi ayrı-ayrı fənlər üzrə digər ali təhsil müəssisələrinin tələbələri və AMEA-nın magistratura səviyyəsinin tələbələrinə, həmçinin AMEA-nın təklif etdiyi ayrı-ayrı fənlər üzrə ali təhsil müəssisələrinin magistratura səviyyəsinin tələbələrinə müvafiq kreditlər qazanmasına şəraitin yaradılması.[19]
3.4.2. Yay semestri yaz semestri başa çatdıqdan sonra təşkil olunur və onun başlanma müddəti ali təhsil müəssisəsi və AMEA tərəfindən müəyyən edilir. Yay semestrinin (nəzəri təlim və imtahanlar) müddəti 6 (altı) həftədir (xüsusi təyinatlı ali təhsil müəssisələri istisna olmaqla). İmtahan müddəti 1 (bir) həftədən artıq olmamaqla, yay semestrinin sonuncu həftəsində təşkil edilir.
3.4.3. Yay semestrində tələbənin götürdüyü fənlər üzrə kreditlərin cəmi 10-dan artıq olmamalıdır.[20]
3.4.4. Yay semestri və imtahanlar növbəti semestrin başlanmasına 2 həftə qalanadək başa çatdırılır.
3.4.5. Yay semestrində üzrlü səbəbdən imtahanda iştirak etməyən tələbələr üçün növbəti semestrin başlanğıcına qədər bir dəfə imtahan təşkil olunur.
3.4.6. Tələbə yay semestrində iştirakından asılı olmayaraq, payız semestri üçün öz fərdi tədris planını iyulun 5-dən 15-dək fakültəyə və ya AMEA-nın Elm və Təhsil İdarəsi təqdim etməlidir və o, bu Qaydaların 3.3.1-ci yarımbəndində göstərilən müddətdə öz fərdi tədris planında müvafiq dəyişikliklər edə bilər. [21]
3.4.7. Müvəffəqiyyət qazandığı fəndən qiymətini yüksəltmək məqsədi ilə tələbəyə yenidən imtahan verməyə icazə verilmir. Lakin o, qiymətini yüksəltmək üçün yay semestrində həmin fənni yenidən götürərək dinləməklə imtahan verir. Tələbə öz məqsədinə nail olmadıqda, onun əvvəl topladığı bal qüvvədə qalır.
3.4.8. Bu Qaydaların 3.2.23-cü yarımbəndinin tələblərinə uyğun olaraq, imtahana buraxılmayan tələbə semestrdə fənn (fənlər) üzrə müəyyən edilmiş dərslərin 50 faizindən çoxunda iştirak etdiyi halda o, həmin fənni (fənləri) yay semestrində təkrar götürmək hüququna malikdir.
3.4.9. Ali təhsil müəssisələrində və AMEA-da yay semestri könüllülük prinsipi ilə ödənişli əsaslarla həyata keçirilir (xüsusi təyinatlı ali təhsil müəssisələri istisna olmaqla).
3.4.10. Yay semestrində tələbənin fənn üzrə bir kreditinin ödənişi bu Qaydaların 4.3-cü bəndinin tələblərinə uyğun olaraq müəyyən edilir.
3.4.11. Yay semestrində fənn üzrə qrupda tələbələrin sayını ali təhsil müəssisəsi və AMEA maliyyə imkanlarını nəzərə alaraq müəyyənləşdirir.
3.4.12. Yay semestrinə müəllimlər könüllü surətdə cəlb olunurlar. Bu zaman müəllimin fəaliyyətinin ödəniş məbləği saathesabı qaydada həyata keçirilir. Bundan əlavə müəllimlərə fənn üzrə qrupdan əldə olunan vəsaitin hesabına əlavə ödəniş verilir. Həmin ödənişin məbləği ali təhsil müəssisəsi və AMEA tərəfindən müəyyənləşdirilir.
3.4.13. Yay semestrində əldə olunan vəsaitdən bu Qaydaların 3.4.12-ci yarımbəndində göstərilənlər istisna olmaqla, ali təhsil müəssisəsinin rektorunun və AMEA-nınprezidentinin əmri ilə bu işə cəlb olunan digər əməkdaşların əməkhaqları ödənilir. [22]
3.4.14. Ali təhsil müəssisələri və AMEA yay semestri təşkilatçılarının və müəllimlərinin ödəniş məbləğini öz maliyyə imkanlarına görə sərbəst müəyyən edirlər.
4. Tələbələrin hüquq və vəzifələri
4.1. Tələbə öz fərdi tədris planını tərtib edərkən, bu Qaydalarla tanış olmalı və buradakı tələblərə ciddi riayət etməlidir.
4.2. Təhsil zamanı tələbə fərdi tədris planına ciddi riayət etməklə, tədris olunan fənləri mənimsəməyə borcludur.
4.2-1. Tələbənin bu Qaydaların 3.2.17-ci yarımbəndinə müvafiq olaraq müəllim seçmək hüququ vardır.[23]
4.3. Tələbə ixtisas (ixtisaslaşma) üzrə təhsil proqramı ilə müəyyən olunmuş müddətdə tələb olunan kreditləri yığa bilmədiyi halda o, tələbələr sırasından xaric edilmir (xüsusi təyinatlı ali təhsil müəssisələri istisna olmaqla). Həmin tələbə kontingentdə saxlanılmaqla, təhsilini yalnız ödənişli əsaslarla davam etdirə bilər. Belə halda tələbənin ödənişinin məbləği ixtisas (ixtisaslaşma) üzrə illik təhsil haqlarını 60-a bölərək alınan nəticəni onun götürdüyü fənlərin kreditlərinə vurmaqla müəyyənləşdirilir.
4.4. Tələbə bu Qaydaların 6.1-ci bəndinin tələblərinə uyğun olaraq, digər ali təhsil müəssisələrində və AMEA-da müvafiq fənlər üzrə kreditləri qazana bilər. [24]
4.5. Tələbə öz akademik transkriptini ali təhsil müəssisəsindən və AMEA-dan təhsil aldığı dövrdə istənilən vaxt əldə edə bilər.
4.6. Ödənişli əsaslarla əyani təhsilalma forması üzrə ali təhsil müəssisəsinə qəbul olunan tələbəyə tədrisə tam cəlb olunma (fulltime) və ya qismən cəlb olunma (parttime) növü üzrə təhsil almaq hüququ verilir. Bu halda tədrisə tam cəlb olunan (fulltime) tələbənin normativ təhsil müddətində illik təhsil haqqı tədris ilinə, tədrisə qismən cəlb olunan (parttime) tələbə üçün isə bu Qaydaların 4.3-cü bəndinin tələblərinə uyğun fərdi tədris qrafikinə əsasən götürdüyü fənlərin kreditlərinə görə müəyyənləşdirilir.[25]
5. Akademik məsləhətçi (tyutor) xidməti
5.1. Ali təhsil müəssisələrində Bolonya prosesinin təşviqi, kredit sistemi ilə tədrisin təşkili, AKTS sisteminin tətbiq edilməsi və tələbələrə kömək göstərilməsi məqsədi ilə ali təhsil müəssisələrində və AMEA-da akademik məsləhətçilər (tyutorlar) xidməti təşkil edilir.
5.2. Tyutorlar bu sahədə müəyyən təcrübəsi və səriştəsi olan ali təhsilli şəxslər arasından seçilirlər.[26]
5.3. Tyutor bu vəzifəyə rektorun əmri ilə təyin olunur.
5.4. Tyutorlar:
5.4.1. tələbələrin hüquqlarını və akademik maraqlarını qoruyurlar;
5.4.2. tədris prosesinin təşkili ilə bağlı bütün zəruri məlumatları və sənədləri tələbələrə təqdim edirlər;
5.4.3. tələbələrin fərdi tədris planlarının tərtibi üçün onlara məsləhətlər verirlər;
5.4.4. bu Qaydaların 3.3.1-ci yarımbəndində göstərilən müddətdə tələbələrin fərdi tədris planlarının qəbulunu təşkil edir və ixtisaslar (ixtisaslaşmalar) üzrə illik işçi tədris planlarının tərtibində iştirak edirlər;
5.4.5. tələbələrə fərdi tədris planlarında dəyişikliklər aparmasına yardım göstərirlər;
5.4.6. yay semestrinin təşkilində iştirak edirlər.
6. Tələbə və müəllim mobilliyi
6.1. Kredit sistemi ilə tədrisin təşkilində Bolonya bəyannaməsinin müddəalarına müvafiq olaraq, tələbələrin akademik mobilliyi onların digər ali təhsil müəssisələrində və AMEA-da, o cümlədən xarici ölkə ali təhsil müəssisələrində ayrı-ayı fənlər üzrə kreditləri qazanmaları ilə təmin edilir. Tələbənin digər ali təhsil müəssisələrində kreditləri qazanması təhsil aldığı ali təhsil müəssisəsinin və AMEA-nın razılığı ilə həyata keçirilir. Bu zaman təhsil haqqının ödəniş şərtləri tələbə ilə göndərən və qəbul edən ali təhsil müəssisələri və AMEA arasında razılaşdırılır. Qazanılmış kreditlər tələbənin təhsil aldığı ali təhsil müəssisəsi və AMEA tərəfindən tanınmalıdır. Digər ali təhsil müəssisələrində və AMEA-da qazanılacaq kreditlərin sayı ixtisas (ixtisaslaşma) üzrə nəzərdə tutulmuş kreditlərin 30 faizindən çox olmamalıdır.
6.2. Tələbənin akademik mobilliyinin təmin edilməsi üçün forması və nümunələri Azərbaycan Respublikasının Təhsil Nazirliyi tərəfindən müəyyənləşdirilən aşağıdakı sənədlər olmalıdır: [27]
6.2.1. akademik transkript;
6.2.2. tələbənin ərizə (təhsil alacağı dildə doldurulur) forması;
6.2.3. tədris razılığı;
6.2.4. məlumat paketi.
6.3. Professor-müəllim heyətinin mobilliyi (mühazirənin oxunması, seminarların, praktik məşğələlərin, laboratoriya işlərinin keçirilməsi) həm ali təhsil müəssisələri arasında, həm də ali təhsil müəssisələri ilə AMEA arasında xüsusi razılıq əsasında həyata keçirilir. [28]
İSTİFADƏ OLUNMUŞ MƏNBƏ SƏNƏDLƏRİNİN SİYAHISI
1. 13 iyun 2016-cı il tarixli 225 nömrəli Azərbaycan Respublikası Nazirlər Kabinetinin Qərarı (“Azərbaycan” qəzeti, 22 iyun 2016-cı il, № 133, Azərbaycan Respublikasının Qanunvericilik Toplusu, 2016-cı il, № 6, maddə 1202)
2. 14 iyun 2017-ci il tarixli 257 nömrəli Azərbaycan Respublikası Nazirlər Kabinetinin Qərarı (“Xalq” qəzeti, 15 iyun 2017-ci il, № 128, Azərbaycan Respublikasının Qanunvericilik Toplusu, 2017-ci il, №6 , maddə 1232)
3. 7 mart 2018-ci il tarixli 78 nömrəli Azərbaycan Respublikası Nazirlər Kabinetinin Qərarı (“Xalq” qəzeti, 11 mart 2018-ci il, № 55)
QƏRARA EDİLMİŞ DƏYİŞİKLİK VƏ ƏLAVƏLƏRİN SİYAHISI
[1] 13 iyun 2016-cı il tarixli 225 nömrəli Azərbaycan Respublikası Nazirlər Kabinetinin Qərarı (“Azərbaycan” qəzeti, 22 iyun 2016-cı il, № 133, Azərbaycan Respublikasının Qanunvericilik Toplusu, 2016-cı il, № 6, maddə 1202) ilə qərarın adına və ikinci abzasına “səviyyələrində” sözündən sonra “və Azərbaycan Milli Elmlər Akademiyasının magistratura səviyyəsində” sözləri əlavə edilmişdir.
14 iyun 2017-ci il tarixli 257 nömrəli Azərbaycan Respublikası Nazirlər Kabinetinin Qərarı (“Xalq” qəzeti, 15 iyun 2017-ci il, № 128, Azərbaycan Respublikasının Qanunvericilik Toplusu, 2017-ci il, №6 , maddə 1232) ilə qərarın adına və ikinci abzasına “səviyyələrində” sözündən sonra “, əsas (baza ali) tibb təhsilində” sözləri əlavə edilmişdir.
[2] 13 iyun 2016-cı il tarixli 225 nömrəli Azərbaycan Respublikası Nazirlər Kabinetinin Qərarı (“Azərbaycan” qəzeti, 22 iyun 2016-cı il, № 133, Azərbaycan Respublikasının Qanunvericilik Toplusu, 2016-cı il, № 6, maddə 1202) ilə “Ali təhsil müəssisələrinin bakalavriat və magistratura səviyyələrində kredit sistemi ilə tədrisin təşkili Qaydaları”nın adına “səviyyələrində” sözündən sonra “və Azərbaycan Milli Elmlər Akademiyasının magistratura səviyyəsində” sözləri əlavə edilmişdir.
14 iyun 2017-ci il tarixli 257 nömrəli Azərbaycan Respublikası Nazirlər Kabinetinin Qərarı (“Xalq” qəzeti, 15 iyun 2017-ci il, № 128, Azərbaycan Respublikasının Qanunvericilik Toplusu, 2017-ci il, №6 , maddə 1232) ilə “Ali təhsil müəssisələrinin bakalavriat və magistratura səviyyələrində və Azərbaycan Milli Elmlər Akademiyasının magistratura səviyyəsində kredit sistemi ilə tədrisin təşkili Qaydaları”nın adına “səviyyələrində” sözündən sonra “, əsas (baza ali) tibb təhsilində” sözləri əlavə edilmişdir.
[3] 13 iyun 2016-cı il tarixli 225 nömrəli Azərbaycan Respublikası Nazirlər Kabinetinin Qərarı (“Azərbaycan” qəzeti, 22 iyun 2016-cı il, № 133, Azərbaycan Respublikasının Qanunvericilik Toplusu, 2016-cı il, № 6, maddə 1202) ilə “Ali təhsil müəssisələrinin bakalavriat və magistratura səviyyələrində kredit sistemi ilə tədrisin təşkili Qaydaları”nın 1.2-ci bəndə “müəssisələrinə” sözündən sonra “və Azərbaycan Milli Elmlər Akademiyasına (bundan sonra - AMEA)” sözləri əlavə edilmişdir.
14 iyun 2017-ci il tarixli 257 nömrəli Azərbaycan Respublikası Nazirlər Kabinetinin Qərarı (“Xalq” qəzeti, 15 iyun 2017-ci il, № 128, Azərbaycan Respublikasının Qanunvericilik Toplusu, 2017-ci il, №6 , maddə 1232) ilə “Ali təhsil müəssisələrinin bakalavriat və magistratura səviyyələrində və Azərbaycan Milli Elmlər Akademiyasının magistratura səviyyəsində kredit sistemi ilə tədrisin təşkili Qaydaları”nın 1.2-ci bəndindən “ərazisində fəaliyyət göstərən” sözləri çıxarılmışdır və həmin bəndə yeni məzmunda ikinci cümlə əlavə edilmişdir.
[4] 13 iyun 2016-cı il tarixli 225 nömrəli Azərbaycan Respublikası Nazirlər Kabinetinin Qərarı (“Azərbaycan” qəzeti, 22 iyun 2016-cı il, № 133, Azərbaycan Respublikasının Qanunvericilik Toplusu, 2016-cı il, № 6, maddə 1202) ilə “Ali təhsil müəssisələrinin bakalavriat və magistratura səviyyələrində kredit sistemi ilə tədrisin təşkili Qaydaları”nın 1.3.2-ci, 2.1.13-cü, 2.1.15-ci, 3.2.12-ci, 3.2.19-cu, 3.3.4-cü, 3.4.1.2-ci, 3.4.11-ci yarımbəndlərə, 1.4-cü, 4.5-ci bəndlərə, 3.2.10-cu yarımbəndə hər iki halda, 3.2.11-ci yarımbəndin dördüncü cümləsinə, 3.2.15-ci yarımbəndin birinci cümləsinə, 3.2.21-ci yarımbəndin ikinci cümləsinə, 3.3.2-ci yarımbəndin ikinci cümləsinə, 3.4.2-ci yarımbəndin birinci cümləsinə, 3.4.12-ci yarımbəndin dördüncü cümləsinə, 6.1-ci bəndin ikinci (ikinci halda) və dördüncü cümlələrinə ismin müvafiq hallarında “müəssisə” sözündən sonra ismin müvafiq hallarında “və AMEA” sözləri əlavə edilmişdir.
[5] 14 iyun 2017-ci il tarixli 257 nömrəli Azərbaycan Respublikası Nazirlər Kabinetinin Qərarı (“Xalq” qəzeti, 15 iyun 2017-ci il, № 128, Azərbaycan Respublikasının Qanunvericilik Toplusu, 2017-ci il, №6 , maddə 1232) ilə “Ali təhsil müəssisələrinin bakalavriat və magistratura səviyyələrində və Azərbaycan Milli Elmlər Akademiyasının magistratura səviyyəsində kredit sistemi ilə tədrisin təşkili Qaydaları”nın 1.3.7-ci yarımbəndi ləğv edilmişdir.
[6] 13 iyun 2016-cı il tarixli 225 nömrəli Azərbaycan Respublikası Nazirlər Kabinetinin Qərarı (“Azərbaycan” qəzeti, 22 iyun 2016-cı il, № 133, Azərbaycan Respublikasının Qanunvericilik Toplusu, 2016-cı il, № 6, maddə 1202) ilə “Ali təhsil müəssisələrinin bakalavriat və magistratura səviyyələrində kredit sistemi ilə tədrisin təşkili Qaydaları”nın 1.5-ci, 5.1-ci bəndlərə, 2.1.8-ci, 2.1.9-cu, 3.2.18-ci, 3.4.14-cü yarımbəndlərə, 1.7-ci bəndə hər iki halda, 3.1.1-ci yarımbəndin birinci cümləsinə, 3.3.3-cü yarımbəndin birinci cümləsinə, 3.4.9-cu yarımbəndə birinci halda, 6.1-ci bəndin birinci cümləsinə birinci halda, ikinci, üçüncü və beşinci cümlələrinə ismin müvafiq hallarında “müəssisələr” sözündən sonra ismin müvafiq hallarında “və AMEA” sözləri əlavə edilmişdir.
[7] 14 iyun 2017-ci il tarixli 257 nömrəli Azərbaycan Respublikası Nazirlər Kabinetinin Qərarı (“Xalq” qəzeti, 15 iyun 2017-ci il, № 128, Azərbaycan Respublikasının Qanunvericilik Toplusu, 2017-ci il, №6 , maddə 1232) ilə “Ali təhsil müəssisələrinin bakalavriat və magistratura səviyyələrində və Azərbaycan Milli Elmlər Akademiyasının magistratura səviyyəsində kredit sistemi ilə tədrisin təşkili Qaydaları”nın 1.6-cı bəndinə “əyani” sözündən sonra “(tədrisə tam cəlb olunma - fulltime və tədrisə qismən cəlb olunma - parttime)” sözləri əlavə edilmişdir.
[8] 14 iyun 2017-ci il tarixli 257 nömrəli Azərbaycan Respublikası Nazirlər Kabinetinin Qərarı (“Xalq” qəzeti, 15 iyun 2017-ci il, № 128, Azərbaycan Respublikasının Qanunvericilik Toplusu, 2017-ci il, №6 , maddə 1232) ilə “Ali təhsil müəssisələrinin bakalavriat və magistratura səviyyələrində və Azərbaycan Milli Elmlər Akademiyasının magistratura səviyyəsində kredit sistemi ilə tədrisin təşkili Qaydaları”nda 2.1.17-ci yarımbəndin sonunda nöqtə işarəsi nöqtəli vergül işarəsi ilə əvəz edilmişdir və yeni məzmunda 2.1.18-ci, 2.1.19-cu, 2.1.20-ci və 2.1.21-ci yarımbəndlər əlavə edilmişdir.
[9] 14 iyun 2017-ci il tarixli 257 nömrəli Azərbaycan Respublikası Nazirlər Kabinetinin Qərarı (“Xalq” qəzeti, 15 iyun 2017-ci il, № 128, Azərbaycan Respublikasının Qanunvericilik Toplusu, 2017-ci il, №6 , maddə 1232) ilə “Ali təhsil müəssisələrinin bakalavriat və magistratura səviyyələrində və Azərbaycan Milli Elmlər Akademiyasının magistratura səviyyəsində kredit sistemi ilə tədrisin təşkili Qaydaları”nda 3.2.2-ci yarımbəndin üçüncü və altıncı cümlələri yeni redaksiyada verilmişdir.
Əvvəlki redaksiyada deyilirdi:
Bir semestrə 30 kredit müəyyənləşdirilir.
Tələbənin həftəlik işinin həcmi 1,5 kreditdir.
[10] 14 iyun 2017-ci il tarixli 257 nömrəli Azərbaycan Respublikası Nazirlər Kabinetinin Qərarı (“Xalq” qəzeti, 15 iyun 2017-ci il, № 128, Azərbaycan Respublikasının Qanunvericilik Toplusu, 2017-ci il, №6 , maddə 1232) ilə “Ali təhsil müəssisələrinin bakalavriat və magistratura səviyyələrində və Azərbaycan Milli Elmlər Akademiyasının magistratura səviyyəsində kredit sistemi ilə tədrisin təşkili Qaydaları”nın 3.2.4-cü yarımbəndində “(tibb təhsilində 300-360 kredit)” sözləri “(əsas (baza ali) tibb təhsilində 300-360 kredit)” sözləri ilə əvəz edilmişdir.
[11] 14 iyun 2017-ci il tarixli 257 nömrəli Azərbaycan Respublikası Nazirlər Kabinetinin Qərarı (“Xalq” qəzeti, 15 iyun 2017-ci il, № 128, Azərbaycan Respublikasının Qanunvericilik Toplusu, 2017-ci il, №6 , maddə 1232) ilə “Ali təhsil müəssisələrinin bakalavriat və magistratura səviyyələrində və Azərbaycan Milli Elmlər Akademiyasının magistratura səviyyəsində kredit sistemi ilə tədrisin təşkili Qaydaları”nın 3.2.5-ci yarımbəndi yeni redaksiyada verilmişdir.
Əvvəlki redaksiyada deyilirdi:
3.2.5. Bir tələbə üçün hər semestrdə 30 kreditə qədər fənlərin tədrisi müəyyənləşdirilir. Bundan əlavə müvəffəqiyyətlə təhsil alan və bütün təhsil müddətində ayrı-ayrı fənlərdən göstəricisi 81-100 bal arasında olan tələbələrə əlavə ödəniş etmədən, akademik borcu olanlar üçün isə ödənişli əsaslarla bu Qaydaların 3.2.11-ci yarımbəndinin tələbləri gözlənilməklə, hər semestrdə cəmi 8 kreditdən çox olmamaq şərtilə fənn (fənlər) də seçməyə icazə verilir. Bu halda təhsil haqqının ödənilməsi bu Qaydaların 4.3-cü bəndinin tələblərinə uyğun həyata keçirilir.
[12] 14 iyun 2017-ci il tarixli 257 nömrəli Azərbaycan Respublikası Nazirlər Kabinetinin Qərarı (“Xalq” qəzeti, 15 iyun 2017-ci il, № 128, Azərbaycan Respublikasının Qanunvericilik Toplusu, 2017-ci il, №6 , maddə 1232) ilə “Ali təhsil müəssisələrinin bakalavriat və magistratura səviyyələrində və Azərbaycan Milli Elmlər Akademiyasının magistratura səviyyəsində kredit sistemi ilə tədrisin təşkili Qaydaları”nın 3.2.14-cü yarımbəndi yeni redaksiyada verilmişdir.
Əvvəlki redaksiyada deyilirdi:
3.2.14. Fənn üzrə semestr göstəricilərinə və imtahanların nəticələrinə görə müvəffəq qiymət almış tələbə həmin fəndən kreditləri qazanmış hesab edilir. Əks təqdirdə, tələbə bu fəndən kreditləri qazanmır və onun həmin fənn üzrə akademik borcu qalır. Fənn (fənlər) üzrə akademik borcu qalan tələbə həmin fənni (fənləri) yenidən dinləməlidir (xüsusi təyinatlı ali təhsil müəssisələri istisna olmaqla). Bu zaman tələbə həmin fəndən (fənlərdən) dərslərdə iştirak etməklə, onun (onların) mənimsənilməsinə qoyulan tələbləri tam yerinə yetirməlidir.
7 mart 2018-ci il tarixli 78 nömrəli Azərbaycan Respublikası Nazirlər Kabinetinin Qərarı (“Xalq” qəzeti, 11 mart 2018-ci il, № 55) ilə “Ali təhsil müəssisələrinin bakalavriat və magistratura səviyyələrində, əsas (baza ali) tibb təhsilində və Azərbaycan Milli Elmlər Akademiyasının magistratura səviyyəsində kredit sistemi ilə tədrisin təşkili Qaydaları”nın 3.2.14-cü yarımbəndi yeni redaksiyada verilmişdir.
əvvəlki redaksiyada deyilirdi:
3.2.14. Cari və aralıq qiymətləndirmənin ümumi nəticələrinə görə fənn üzrə müvəffəq qiymət almış tələbə həmin fəndən kreditləri qazanmış hesab olunur. Cari və aralıq qiymətləndirmənin ümumi nəticələrinə, habelə aralıq qiymətləndirmənin nəticəsinə görə qeyri-müvəffəq qiymət almış, eləcə də üzrlü və ya üzrsüz səbəbdən imtahanda iştirak etməmiş tələbə bu fəndən kreditləri qazanmır, yəni həmin fənn üzrə akademik borcu qalır. Cari və aralıq qiymətləndirmənin nəticələrinə, habelə aralıq qiymətləndirmənin nəticəsinə görə, eləcə də üzrlü və ya üzrsüz səbəbdən imtahanda iştirak etmədiyinə görə akademik borcu yaranmış tələbəyə həmin fənn (fənlər) üzrə təkrar imtahan vermək (xüsusi təyinatlı ali təhsil müəssisələri istisna olmaqla) və ya fənni (fənləri) yenidən dinləmək üçün şərait yaradılmalıdır. Bu halda fənni (fənləri) yenidən dinləmədən kreditləri qazanmaq istəyən tələbə bu imkandan təhsil proqramı ilə müəyyən olunmuş müddət ərzində həmin fənn (fənlər) tədris olunduğu semestrdə (akademik borcu yaranan semestrdə imtahan sessiyasından sonra növbəti semestr başlayanadək və ya növbəti semestrlərdən birində imtahan sessiyası zamanı) istifadə edə bilər. Tələbə hər semestrdə fənni (fənləri) dinləmədən ümumilikdə iki fənn üzrə (hər fəndən bir dəfə olmaqla) imtahanda iştirak edə bilər. Bu zaman tələbənin fənni (fənləri) dinlədiyi semestrdəki cari qiymətləndirilmənin nəticələri nəzərə alınır və onun qazandığı kreditlər tədris planı üzrə həmin fənni (fənləri) dinlədiyi semestrə aid olunur. Üzrlü səbəbdən imtahanda iştirak etməyən tələbə həmin fənn üzrə təkrar imtahan üçün ödəniş etmir, digər hallarda isə tələbənin imtahan üçün ödəniş haqqı bu Qaydaların 4.3-cü bəndinin tələblərinə uyğun həmin fənn üçün müəyyən edilən məbləğin 25 faizindən çox olmamaq şərtilə ali təhsil müəssisəsinin ali idarəetmə orqanı tərəfindən müəyyənləşdirilir və həmin müəssisənin rəsmi internet səhifəsində yerləşdirilir. Bütün digər hallarda akademik borcu olan tələbə fənni yenidən dinləməli və həmin fəndən (fənlərdən) dərslərdə iştirak etməklə, onun (onların) mənimsənilməsinə qoyulan tələbləri tam yerinə yetirməlidir. Belə olan halda təhsil haqqının ödənilməsi bu Qaydaların 4.3-cü bəndinin tələblərinə uyğun həyata keçirilir.
[13] 13 iyun 2016-cı il tarixli 225 nömrəli Azərbaycan Respublikası Nazirlər Kabinetinin Qərarı (“Azərbaycan” qəzeti, 22 iyun 2016-cı il, № 133, Azərbaycan Respublikasının Qanunvericilik Toplusu, 2016-cı il, № 6, maddə 1202) ilə “Ali təhsil müəssisələrinin bakalavriat və magistratura səviyyələrində kredit sistemi ilə tədrisin təşkili Qaydaları”nın 3.2.16-cı yarımbəndə “digərinə” sözündən sonra “və ya AMEA-ya, həmçinin AMEA-dan digər ali təhsil müəssisəsinə” sözləri əlavə edilmişdir.
14 iyun 2017-ci il tarixli 257 nömrəli Azərbaycan Respublikası Nazirlər Kabinetinin Qərarı (“Xalq” qəzeti, 15 iyun 2017-ci il, № 128, Azərbaycan Respublikasının Qanunvericilik Toplusu, 2017-ci il, №6 , maddə 1232) ilə “Ali təhsil müəssisələrinin bakalavriat və magistratura səviyyələrində və Azərbaycan Milli Elmlər Akademiyasının magistratura səviyyəsində kredit sistemi ilə tədrisin təşkili Qaydaları”nın 3.2.16-cı və 3.2.17-ci yarımbəndləri yeni redaksiyada verilmişdir.
Əvvəlki redaksiyada deyilirdi:
3.2.16. Tələbə bir ali təhsil müəssisəsindən (ixtisasdan) digərinə və ya AMEA-ya, həmçinin AMEA-dan digər ali təhsil müəssisəsinə köçürüldüyü, tələbələr sırasına bərpa olunduğu və akademik məzuniyyətdən qayıtdığı halda, onun əvvəllər qazandığı kreditlər bu Qaydaların 3.2.15-ci yarımbəndinin tələbləri gözlənilməklə nəzərə alınır.
3.2.17. Tələbəyə müəllim seçmək imkanı yaradılır. Bir müəllimi seçən tələbələrin sayı bakalavriat səviyyəsində 30-dan çox olarsa, ali təhsil müəssisəsi bu fənn üzrə ikinci qrup təşkil edir və buraya fənnin tədrisi üçün eyni səviyyədə olan müəllim cəlb edir. Bu halda tələbələrin qruplar üzrə siyahısı ərizələrinin qeydəalınma ardıcıllığına görə müəyyənləşdirilir.
[14] 14 iyun 2017-ci il tarixli 257 nömrəli Azərbaycan Respublikası Nazirlər Kabinetinin Qərarı (“Xalq” qəzeti, 15 iyun 2017-ci il, № 128, Azərbaycan Respublikasının Qanunvericilik Toplusu, 2017-ci il, №6 , maddə 1232) ilə “Ali təhsil müəssisələrinin bakalavriat və magistratura səviyyələrində və Azərbaycan Milli Elmlər Akademiyasının magistratura səviyyəsində kredit sistemi ilə tədrisin təşkili Qaydaları”nın 3.2.18-ci və 3.2.20-ci yarımbəndləri ləğv edilmişdir.
[15] 14 iyun 2017-ci il tarixli 257 nömrəli Azərbaycan Respublikası Nazirlər Kabinetinin Qərarı (“Xalq” qəzeti, 15 iyun 2017-ci il, № 128, Azərbaycan Respublikasının Qanunvericilik Toplusu, 2017-ci il, №6 , maddə 1232) ilə “Ali təhsil müəssisələrinin bakalavriat və magistratura səviyyələrində və Azərbaycan Milli Elmlər Akademiyasının magistratura səviyyəsində kredit sistemi ilə tədrisin təşkili Qaydaları”nın 3.2.21-ci yarımbəndinin üçüncü və dördüncü cümlələri çıxarılmışdır.
[16] 14 iyun 2017-ci il tarixli 257 nömrəli Azərbaycan Respublikası Nazirlər Kabinetinin Qərarı (“Xalq” qəzeti, 15 iyun 2017-ci il, № 128, Azərbaycan Respublikasının Qanunvericilik Toplusu, 2017-ci il, №6 , maddə 1232) ilə “Ali təhsil müəssisələrinin bakalavriat və magistratura səviyyələrində və Azərbaycan Milli Elmlər Akademiyasının magistratura səviyyəsində kredit sistemi ilə tədrisin təşkili Qaydaları”nın 3.2.22-ci və 3.2.23-cü yarımbəndləri yeni redaksiyada verilmişdir.
Əvvəlki redaksiyada deyilirdi:
3.2.22. Müəllimin rəhbərliyi ilə tələbənin sərbəst işi fənnin tədrisindəki mürəkkəb məsələlərin həllindən, ev tapşırıqlarının, kurs işlərinin (layihələrin), yoxlama işlərinin yerinə yetirilməsindən, hesabatların hazırlanmasından ibarət olub, xüsusi tərtib edilmiş cədvəllə həyata keçirilir və dərs cədvəlinə daxil edilmir.
3.2.23. Fənn üzrə ayrılmış auditoriya saatlarının 25 faizindən çoxunda iştirak etməyən tələbə həmin fəndən imtahana buraxılmır.
[17] 13 iyun 2016-cı il tarixli 225 nömrəli Azərbaycan Respublikası Nazirlər Kabinetinin Qərarı (“Azərbaycan” qəzeti, 22 iyun 2016-cı il, № 133, Azərbaycan Respublikasının Qanunvericilik Toplusu, 2016-cı il, № 6, maddə 1202) ilə “Ali təhsil müəssisələrinin bakalavriat və magistratura səviyyələrində kredit sistemi ilə tədrisin təşkili Qaydaları”nın 3.3.1-ci yarımbəndin birinci cümləyə “təhsil müəssisəsinə” sözlərindən sonra “və AMEA-nın magistratura səviyyəsinə” sözləri, “fakültə” sözündən sonra isə “və AMEA-nın Elm və Təhsil İdarəsi” sözləri əlavə edilmişdir və üçüncü cümləyə “fakültəyə” sözündən sonra “və ya AMEA-nın Elm və Təhsil İdarəsi” sözləri əlavə edilmişdir.
[18] 14 iyun 2017-ci il tarixli 257 nömrəli Azərbaycan Respublikası Nazirlər Kabinetinin Qərarı (“Xalq” qəzeti, 15 iyun 2017-ci il, № 128, Azərbaycan Respublikasının Qanunvericilik Toplusu, 2017-ci il, №6 , maddə 1232) ilə “Ali təhsil müəssisələrinin bakalavriat və magistratura səviyyələrində və Azərbaycan Milli Elmlər Akademiyasının magistratura səviyyəsində kredit sistemi ilə tədrisin təşkili Qaydaları”nın 3.3.3-cü yarımbəndinin birinci cümləsi yeni redaksiyada verilmişdir.
Əvvəlki redaksiyada deyilirdi:
Dövlət ali təhsil müəssisələrində və AMEA-da hər bir fənn üzrə yaradılan qrupda tələbələrin sayı Azərbaycan Respublikası Nazirlər Kabinetinin 2010-cu il 23 aprel tarixli 75 nömrəli qərarı ilə təsdiq edilmiş “Ali təhsil pilləsinin dövlət standartı və proqramı”na uyğun olaraq tənzimlənir.
[19] 13 iyun 2016-cı il tarixli 225 nömrəli Azərbaycan Respublikası Nazirlər Kabinetinin Qərarı (“Azərbaycan” qəzeti, 22 iyun 2016-cı il, № 133, Azərbaycan Respublikasının Qanunvericilik Toplusu, 2016-cı il, № 6, maddə 1202) ilə “Ali təhsil müəssisələrinin bakalavriat və magistratura səviyyələrində kredit sistemi ilə tədrisin təşkili Qaydaları”nın 3.4.1.4-cü yarımbənd yeni redaksiyada verilmişdir.
əvvəlki redaksiyada deyilirdi:
3.4.1.4. ali təhsil müəssisəsinin təklif etdiyi ayrı-ayrı fənlər üzrə digər ali təhsil müəssisəsi tələbələrinə müvafiq kreditlər qazanmasına şəraitin yaradılması.
[20] 14 iyun 2017-ci il tarixli 257 nömrəli Azərbaycan Respublikası Nazirlər Kabinetinin Qərarı (“Xalq” qəzeti, 15 iyun 2017-ci il, № 128, Azərbaycan Respublikasının Qanunvericilik Toplusu, 2017-ci il, №6 , maddə 1232) ilə “Ali təhsil müəssisələrinin bakalavriat və magistratura səviyyələrində və Azərbaycan Milli Elmlər Akademiyasının magistratura səviyyəsində kredit sistemi ilə tədrisin təşkili Qaydaları”nın 3.4.3-cü yarımbəndi yeni redaksiyada verilmişdir.
Əvvəlki redaksiyada deyilirdi:
3.4.3. Yay semestrində tələbənin götürdüyü fənlərin krediti 9-dan artıq olmamalıdır.
[21] 13 iyun 2016-cı il tarixli 225 nömrəli Azərbaycan Respublikası Nazirlər Kabinetinin Qərarı (“Azərbaycan” qəzeti, 22 iyun 2016-cı il, № 133, Azərbaycan Respublikasının Qanunvericilik Toplusu, 2016-cı il, № 6, maddə 1202) ilə “Ali təhsil müəssisələrinin bakalavriat və magistratura səviyyələrində kredit sistemi ilə tədrisin təşkili Qaydaları”nın 3.4.6-cı yarımbəndə “fakültəyə” sözündən sonra “və ya AMEA-nın Elm və Təhsil İdarəsi” sözləri əlavə edilmişdir.
[22] 13 iyun 2016-cı il tarixli 225 nömrəli Azərbaycan Respublikası Nazirlər Kabinetinin Qərarı (“Azərbaycan” qəzeti, 22 iyun 2016-cı il, № 133, Azərbaycan Respublikasının Qanunvericilik Toplusu, 2016-cı il, № 6, maddə 1202) ilə “Ali təhsil müəssisələrinin bakalavriat və magistratura səviyyələrində kredit sistemi ilə tədrisin təşkili Qaydaları”nın 3.4.13-cü yarımbəndə “rektorunun” sözündən sonra “və AMEA-nın prezidentinin” sözləri əlavə edilmişdir.
[23] 14 iyun 2017-ci il tarixli 257 nömrəli Azərbaycan Respublikası Nazirlər Kabinetinin Qərarı (“Xalq” qəzeti, 15 iyun 2017-ci il, № 128, Azərbaycan Respublikasının Qanunvericilik Toplusu, 2017-ci il, №6 , maddə 1232) ilə “Ali təhsil müəssisələrinin bakalavriat və magistratura səviyyələrində və Azərbaycan Milli Elmlər Akademiyasının magistratura səviyyəsində kredit sistemi ilə tədrisin təşkili Qaydaları”na yeni məzmunda 4.2-1-ci bənd əlavə edilmişdir.
[24] 13 iyun 2016-cı il tarixli 225 nömrəli Azərbaycan Respublikası Nazirlər Kabinetinin Qərarı (“Azərbaycan” qəzeti, 22 iyun 2016-cı il, № 133, Azərbaycan Respublikasının Qanunvericilik Toplusu, 2016-cı il, № 6, maddə 1202) ilə “Ali təhsil müəssisələrinin bakalavriat və magistratura səviyyələrində kredit sistemi ilə tədrisin təşkili Qaydaları”nın 4.4-cü bənddə “ali təhsil müəssisələrində də” sözləri “ali təhsil müəssisələrində və AMEA-da” sözləri ilə əvəz edilmişdir.
[25] 7 mart 2018-ci il tarixli 78 nömrəli Azərbaycan Respublikası Nazirlər Kabinetinin Qərarı (“Xalq” qəzeti, 11 mart 2018-ci il, № 55) ilə “Ali təhsil müəssisələrinin bakalavriat və magistratura səviyyələrində, əsas (baza ali) tibb təhsilində və Azərbaycan Milli Elmlər Akademiyasının magistratura səviyyəsində kredit sistemi ilə tədrisin təşkili Qaydaları”na yeni məzmunda 4.6-cı bənd əlavə edilmişdir.
[26] 14 iyun 2017-ci il tarixli 257 nömrəli Azərbaycan Respublikası Nazirlər Kabinetinin Qərarı (“Xalq” qəzeti, 15 iyun 2017-ci il, № 128, Azərbaycan Respublikasının Qanunvericilik Toplusu, 2017-ci il, №6 , maddə 1232) ilə “Ali təhsil müəssisələrinin bakalavriat və magistratura səviyyələrində və Azərbaycan Milli Elmlər Akademiyasının magistratura səviyyəsində kredit sistemi ilə tədrisin təşkili Qaydaları”nın 5.1-ci və 5.2-ci bəndləri yeni redaksiyada verilmişdir.
Əvvəlki redaksiyada deyilirdi:
5.1. Kredit sistemi ilə təhsil alan tələbələrə kömək göstərmək məqsədi ilə ali təhsil müəssisələrində və AMEA-da akademik məsləhətçilər (tyutorlar) xidməti təşkil olunur.
5.2. Tyutorlar ən azı magistr dərəcəsi və bu sahədə müəyyən təcrübəsi və səriştəsi olan şəxslər arasından seçilirlər.
[27] 13 iyun 2016-cı il tarixli 225 nömrəli Azərbaycan Respublikası Nazirlər Kabinetinin Qərarı (“Azərbaycan” qəzeti, 22 iyun 2016-cı il, № 133, Azərbaycan Respublikasının Qanunvericilik Toplusu, 2016-cı il, № 6, maddə 1202) ilə “Ali təhsil müəssisələrinin bakalavriat və magistratura səviyyələrində kredit sistemi ilə tədrisin təşkili Qaydaları”nın 6.2-ci bənddə “ali təhsil müəssisələri arasında təmin edilməsi üçün forması və nümunələri” sözləri “təmin edilməsi üçün forması və nümunələri” sözləri ilə əvəz edilmişdir.
[28] 13 iyun 2016-cı il tarixli 225 nömrəli Azərbaycan Respublikası Nazirlər Kabinetinin Qərarı (“Azərbaycan” qəzeti, 22 iyun 2016-cı il, № 133, Azərbaycan Respublikasının Qanunvericilik Toplusu, 2016-cı il, № 6, maddə 1202) ilə “Ali təhsil müəssisələrinin bakalavriat və magistratura səviyyələrində kredit sistemi ilə tədrisin təşkili Qaydaları”nın 6.3-cü bənddə “ali təhsil müəssisələri arasında” sözləri “həm ali təhsil müəssisələri arasında, həm də ali təhsil müəssisələri ilə AMEA arasında” sözləri ilə əvəz edilmişdir.