2018/2019-cu tədris ilinin yaz semestrinin imtahan sessiyasının keçirilməsi haqqında
R-69 saylı 17.05.2019-cu il tarixli əmr
2018/2019-cu tədris ilinin yaz semestrinin imtahan sessiyasının keçirilməsi haqqında
Azərbaycan Respublikasının Təhsil nazirinin 14.05.2019-cu il tarixli F-265 nömrəli əmrini rəhbər tutaraq 2018/2019-cu tədris ilində universitetin bakalavriat və magistratura səviyyələri üzrə yaz semestrinin imtahan sessiyasını mövcud qaydalara uyğun təşkil etmək məqsədi ilə
ƏMR EDİRƏM:
1.Tədris qrafiklərinə uyğun olaraq bakalavriat və magistratura səviyyələri üzrə universitetin bütün fakültələrində dərslər 2019-cu il may ayının 31-də yekunlaşdırılsın, yaz semestrinin imtahan sessiyası 2019-cu il iyunun 3-dən iyul ayının 2-dək keçirilsin.
2.Bütün fakültələrdə əyani şöbə üzrə imtahanlar bir qayda olaraq yazılı formada aparılsın. Zərurət yarandığı hallarda rektorluğun qərarı əsasında bəzi fənlər üzrə imtahanlar şifahi-dialoq və ya test formasında da aparıla bilər.
3.Sessiya dövründə bakalavriat səviyyəsində (əyani təhsilalma forması üzrə) imtahanlar saat 1000-da başlansın. Bakalavriat (qiyabi təhsilalma forması, təkrar ali təhsil, kadrların yenidənhazırlanma təhsili üzrə) və magistratura səviyyələrində imtahanlar saat 1400-da başlansın.
4.Yaz semestrinin imtahan sessiyasında fənlər üzrə keçiriləcək imtahanların siyahısı tədris planlarına uyğun olaraq müəyyənləşdirilsin və imtahan cədvəlləri tərtib edilsin. 2018/2019-cu tədris ilində yaz semestrinin imtahan sessiyası Azərbaycan Respublikası Nazirlər Kabinetinin 2013-cü il 24 dekabr tarixli 348 nömrəli Qərarı ilə təsdiq edilmiş “Ali təhsil müəssisələrinin bakalavriat və magistratura səviyyələrində kredit sistemi ilə tədrisin təşkili Qaydaları”na, 2017-ci il 14 iyun tarixli 257 nömrəli Qərarına, 2018-ci il 07 mart tarixli 78 nömrəli Qərarına və digər normativ sənədlərə müvafiq olaraq keçirilsin.
5.Tədris planında nəzərdə tutulmuş fənlər üzrə saatlar jurnalda fənn müəlliminin imzası ilə yekunlaşdırılsın və fakültə dekanı tərəfindən mövcud qaydada sənədləşdirilsin.
6.Sessiyanın sonunadək imtahanlarda iştirak etməyən tələbələr (magistrantlar) 3 gün müddətində dekanlığa onun səbəbi haqqında rəsmi məlumat verməlidirlər. Bu barədə fakültə dekanlıqları tərəfindən tələbələr (magistrantlar) qabaqcadan məlumatlandırılmalıdırlar.
7.2018/2019-cu tədris ilinin yaz semestrinin imtahan sessiyası ərzində imtahanlara buraxılacaq tələbələrin (magistrantların) siyahısı dəqiqləşdirilsin, tədris olunan ayrı-ayrı fənlər üzrə auditoriya saatlarının 25%-dən çoxunda iştirak etməyən tələbələr həmin fəndən imtahana buraxılmasınlar, bu barədə Tədrisin təşkili və təlim texnologiyaları üzrə prorektorluğa və Magistratura və doktorantura şöbəsinə 2019-cu il 03 iyun tarixinədək müvafiq məlumat verilsin.
8.Tələbələr (magistrantlar) imtahanlara tələbə (magistrant) vəsiqəsi və ya şəxsiyyət vəsiqəsi ilə buraxılsınlar.
9.Bir qayda olaraq kənar şəxslərin imtahanda iştirakı qadağandır. Lakin imtahanlarda şəffaflığı təmin etmək məqsədi ilə valideynlərin müraciəti əsasında imtahanların gedişində iştirak etmələrinə müvafiq şərait yaradıla bilər.
10.Fərdi tədris planlarına uyğun sessiyanı müvəffəqiyyətlə vermiş tələbələrə (magistrantlara) mövcud qaydada təqaüd verilməsi haqqında təqdimatlar 2019-cu il iyul ayının 10-dan gec olmayaraq Tədrisin təşkili və təlim texnologiyaları üzrə prorektorluğa və Magistratura və doktorantura şöbəsinə təqdim olunsun.
11.Fakültə dekanlarina və kafedra müdirlərinə tapşırılsın:
a) bütün tədris qruplarında fərdi qaydada görüş keçirsinlər və tələbələrin istək və arzularına diqqətlə yanaşsınlar;
b) semestr ərzində seminar və laboratoriya dərslərində, kollokviumlarda tələbələrin bilik səviyyəsinin fənn müəllimləri tərəfindən düzgün qiymətləndirilməsinə ciddi nəzarət etməklə obyektivliyi təmin etsinlər və bu barədə rektorluğa müvafiq təkliflər versinlər;
c) imtahanların mütəşəkkil keçirilməsi, onların gedişinə nəzarətin artırılması məqsədilə fakültələrdə eyni fənlər üzrə qrupların birləşdirilməsini və imtahan cədvəllərinin səmərəli tərtibinin koordinasiyasını təmin etsinlər. Bu məqsədlə imtahan cədvəllərinin tərtibi zamanı alt qruplarda, yaz semestrində əlavə yaradılmış qruplarda iştirak edən aktiv və passiv tələbələr (magistrantlar) üçün fənlər üzrə imtahanların koordinasiyası, auditoriya fondu və koordinatorların sayı nəzərə alınsın;
d) imtahan cədvəlləri üzrə kafedralarda müvafiq qeydiyyat aparmaqla imtahanqabağı məsləhət saatlarının keçirilməsini, sessiya zamanı imtahanlarda tədris proqramlarının və digər zəruri tədris-metodiki vəsaitlərin olmasını təmin etsinlər;
e) imtahan zamanı ayrı-ayrı fənlər üzrə 17-dən az bal toplamış və ya yekunda qeyri-kafi qiymət almış tələbələrin sayı qrupda 50%-dən çox olarsa, həmin tələbələr və fənni tədris edən müəllimlər haqqında fakültə Tədris Metodik Şuralarında müzakirə aparsınlar və rektorluğa məlumat versinlər;
f) imtahanın gedişində tələbələrin telefon və digər texniki vasitələrdən istifadəsini qadağan etsinlər. İmtahan zamanı konspektdən, kitabdan və digər vasitələrdən istifadə hallarına yol verən tələbələrə qarşı imtahan zamanı köçürmə hallarının aradan qaldırılması barədə verilmiş 2019-cu il 25 fevral tarixli R-22 nömrəli və 2019-cu il 15 may tarixli R-60 nömrəli əmrlərə əsasən müvafiq tədbirlər görərək köçürmə haqqında akt tərtib etsinlər və həmin auditoriyaya təhkim olunmuş koordinatorlar və fakültə dekanı tərəfindən imzalatsınlar. İmtahan zamanı yardımcı vəsait kimi müəllim-koordinatorların iştirakı ilə yalnız fənn proqramlarından istifadə oluna bilər;
h) ödənişli təhsil alan tələbələrin (magistrantların) təhsil haqqını vaxtında ödəmələrinə ciddi nəzarət etsinlər. Bu zaman:
cari tədris ilinin təhsil haqqını ödəməyən tələbələr sonuncu imtahana buraxılmasınlar;
əvvəlki və cari tədris illərindən qalan təhsil haqqı borcunu (əlavə qruplar, yay semestri və digər təhsil formaları üzrə kredit ödəmələri daxil olmaqla) 2019-cu ilin iyun ayının 20-dək ödəməyən tələbələr (magistrantlar) imtahanlara buraxılmasınlar;
bu qəbildən olan bütün tələbələr (magistrantlar) imza edilməklə əvvəlcədən məlumatlandırılsınlar.
i) 3 və daha artıq imtahanda iştirak etmədikdə 2018-ci il 29 oktyabr tarixli 05 nömrəli sərəncamla təyin olunmuş müəllim-koordinatorlardan izahat alınsın və müvafiq inzibati tədbirlər görülsün;
j) imtahan keçirilən günlərdə saat 930-da və 1330-da əsas binanın böyük akt zalında müəllim-koordinatorların iştirakını təmin etsinlər. Müəllim-koordinatorlar öz imtahan cədvəlləri haqqında əvvəlcədən yazılı məlumat versinlər.
12.İmtahanlarda tələbələrin (magistrantların) biliyinin qiymətləndirilməsində qeyri-obyektivliyə yol verilməsinin qarşısını almaq üçün profilaktik tədbirlər görülsün. Hər bir neqativ hal üçün fakültə dekanlarının və kafedra müdirlərinin birbaşa məsuliyyət daşıdıqları onların nəzərinə çatdırılsın. Belə hallar baş verdikdə mövcud qanunvericiliyə uyğun ciddi tədbirlər görülsün və bu barədə rektorluğa müvafiq təkliflər verilsin. İmtahanların gedişi ardıcıl surətdə yoxlanılsın, onların nəticələri kafedra iclaslarında və fakültə elmi şuralarında müzakirə edilsin.
13.Cari tədris ilinin yaz semestrinin imtahan sessiyasının nəticələri qeyd olunan imtahan vərəqləri müəllimlər tərəfindən imzalandıqdan sonra təsdiq olunması üçün Tədrisin təşkili və təlim texnologiyaları üzrə prorektorluğa və Magistratura və doktorantura şöbəsinə təqdim edilsin.
14.İmtahan sessiyası zamanı yaz semestri ərzində cari və aralıq qiymətləndirmənin ümumi nəticələrinə, habelə aralıq qiymətləndirmənin nəticəsinə görə, eləcə də üzürlü və üzürsüz səbəblərdən imtahanda iştirak etmədiyinə görə akademik borcu yaranmış tələbələrə (magistrantlara) həmin fənlərdən imtahan vermək üçün 2019-cu il iyul ayının 3-dən 10-dək vaxt verilsin. Fənn (fənlər) üzrə akademik borcların ləğvi Azərbaycan Respublikası Nazirlər Kabinetinin 2017-ci il 14 iyun tarixli 257 nömrəli Qərarına və 2018-ci il 07 mart tarixli 78 nömrəli Qərarına müvafiq olaraq həyata keçirilsin.
15. Keyfiyyətin təminatı, monitorinq və qiymətləndirmə şöbəsinin, Tədris prosesinin təşkili və ona nəzarət şöbəsinin, Tyutorların işinin əlaqələndirilməsi, informasiya təminatı və təhsil sənədlərinin verilməsi şöbəsinin və Magistratura və doktorantura şöbəsinin müdirlərinə tapşırılsın:
a) imtahan prosesinə nəzarətin video-kameralar vasitəsilə aparılmasını, köçürmə hallarına yol vermiş və ya nizam-intizam qaydalarını pozmuş tələbələrin video-görüntülərinin saxlanılmasını, lazım gəldikdə tələbələrin və valideynlərin nəzərinə çatdırılmasını təmin etsinlər;
b) imtahan sessiyasının mövcud əsasnaməyə uyğun keçirilməsinə, sessiyanın gedişini və nəticələrini əks etdirən bütün statistik forma və hesabatların vaxtında tərtib edilməsinə ciddi nəzarət etsinlər;
c) imtahanların keçirilməsini lazımi blanklarla təchiz etsinlər.
16.Sessiyanın gedişinə operativ nəzarət etmək, tələbələrin biliyinin qiymətləndirilməsində şəffaflığı və obyektivliyi təmin etmək məqsədi ilə qərargah və apellyasiya komissiyası yaradılsın. Qərargahın sədrinə tapşırılsın ki, sessiya müddətində imtahanların gedişi ilə əlaqədar ərizə, təklif və Təhsil Nazirliyinin «Qaynar xətti» ilə daxil olmuş şikayətlərin araşdırılmasını təmin etsin və bu barədə tədbir görülməsi məqsədilə müvafiq təkliflər versin.
17.İmtahanların nəticəsi ilə əlaqədar müraciət etmiş tələbələrin (magistrantların) ərizələrinə apellyasiya komissiyalarında baxılsın və bu barədə rektorun həmin tələbələrlə görüşü keçirilsin.
18. Yaz semestrinin imtahan sessiyasının gedişinə operativ nəzarət etmək məqsədi ilə rektorluğun aşağıda adları qeyd olunan nümayəndələri müvafiq fakültələrə təhkim edilsinlər:
Tədrisin təşkili və təlim texnologiyaları üzrə prorektor - Hüquq, Beynəlxalq münasibətlər və iqtisadiyyat, Filologiya, Kimya, Biologiya, Ekologiya və torpaqşünaslıq fakültələri üzrə;
Elm və innovasiyalar üzrə prorektor - Mexanika-riyaziyyat, Tətbiqi riyaziyyat və kibernetika, Tarix, Fizika, Coğrafiya və Geologiya fakültələri üzrə;
Humanitar-sosial məsələlər və informasiya təminatı üzrə müşavir - Sosial elmlər və psixologiya, Şərqşünaslıq, Jurnalistika və Kitabxanaçılıq-informasiya fakültələri üzrə.
19. Elmi kitabxananin direktoruna tapşirilsin ki, sessiya müddətində Elmi kitabxananın saat 830-dan 1900-dək fəaliyyət göstərməsini təmin etsin və fakültə dekanları ilə birlikdə tələbələrin dərsliklər və dərs vəsaitləri ilə təmin olunmasına lazımı şərait yaratsın.
20. Humanitar-sosial məsələlər və informasiya təminatı üzrə müşavirə və Ümumi məsələlər üzrə müşavirə tapşırılsın:
a) universitetdaxili nizam-intizam qaydalarının yerinə yetirilməsi və fakültələr üzrə növbətçilik təmin edilsin;
b) imtahan üçün ayrılmış auditoriyaların texniki təchizatı təmin edilsin;
c) tələbə bileti və ya şəxsiyyət vəsiqəsi olmayan şəxslərin universitetin giriş qapılarından buraxılmamasına ciddi nəzarət təşkil edilsin.
21. Mətbuat və informasiya şöbəsinin müdiri və “Bakı Universiteti” qəzetinin redaktoruna tapşırılsın ki, sessiyaya hazırlıq və onun gedişi müntəzəm surətdə universitetin veb saytında və qəzetin səhifələrində işıqlandırılsın.
22. Universitet və fakültə tələbə həmkarlar təşkilatları və tələbə gənclər təşkilatına tapşırılsın ki, sessiya müddətində imtahanların gedişində yaxından iştirak etsinlər və müntəzəm olaraq rektorluğa və fakültə dekanlıqlarına müvafiq məlumat versinlər.
23. Kadrlar şöbəsinin müdirinə tapşırılsın ki, kafedra müdirlərinin, müəllimlərin, elmi işçilərin və köməkçi heyətin işə davamiyyətinə nəzarəti gücləndirsin.
24. Bu əmr fakültə elmi şuralarında, dekanlıqların və kafedraların iclaslarında professor-müəllim heyətinin (imza edilməklə) nəzərinə çatdırılsın və fakültənin elanlar lövhəsindən asılsın.
25. Bakı Dövlət Universitetinin Qazax filialının direktoruna tapşırılsın ki, mövcud təlimatları, BDU üzrə müəyyən edilmiş qaydaları və bu əmri rəhbər tutaraq 2018/2019-cu tədris ilinin yaz semestrinin imtahan sessiyasının mütəşəkkil keçirilməsini təmin etsin.
26. Əmrin icrasına nəzarəti öz üzərimə götürürəm.
ƏSAS: Azərbaycan Respublikası Nazirlər Kabinetinin 2013-cü il 24 dekabr tarixli 348 nömrəli Qərarı ilə təsdiq edilmiş “Ali təhsil müəssisələrinin bakalavriat və magistratura səviyyələrində kredit sistemi ilə tədrisin təşkili Qaydaları”, 2017-ci il 14 iyun tarixli 257 nömrəli Qərarı, 2018-ci il 7 mart tarixli 78 nömrəli Qərarı, Azərbaycan Respublikasının Təhsil nazirinin 14.05.2019-cu il tarixli F-265 nömrəli əmri.