“Ali təhsilin bakalavriat (əsas (baza ali) tibb təhsili) səviyyəsi üzrə ixtisasların (proqramların) Təsnifatı”nın təsdiq edilməsi və Azərbaycan Respublikası Nazirlər Kabinetinin “Ali təhsilin bakalavriat səviyyəsi ixtisaslarının (proqramlarının) Təsnifatı”nın təsdiq edilməsi haqqında
“Ali təhsilin bakalavriat (əsas (baza ali) tibb təhsili) səviyyəsi üzrə ixtisasların (proqramların) Təsnifatı”nın təsdiq edilməsi və Azərbaycan Respublikası Nazirlər Kabinetinin “Ali təhsilin bakalavriat səviyyəsi ixtisaslarının (proqramlarının) Təsnifatı”nın təsdiq edilməsi haqqında” 2009-cu il 12 yanvar tarixli 8 nömrəli, “Ali təhsilin bakalavriat və magistratura səviyyələri üzrə bəzi ixtisasların (ixtisaslaşmaların) Təsnifatı”nın təsdiq edilməsi haqqında” 2011-ci il 31 oktyabr tarixli 177 nömrəli və “Ali təhsil pilləsində tibb təhsilinin əsas təhsili üzrə ixtisasların Təsnifatı”nın təsdiq edilməsi və “Ali təhsilin bakalavriat səviyyəsi ixtisaslarının (proqramlarının) Təsnifatı”nın təsdiq edilməsi haqqında” Azərbaycan Respublikası Nazirlər Kabinetinin 2009-cu il 12 yanvar tarixli 8 nömrəli Qərarında dəyişikliklər edilməsi barədə” 2012-ci il 24 dekabr tarixli 314 nömrəli qərarlarında dəyişikliklər edilməsi haqqında
AZƏRBAYCAN RESPUBLİKASI NAZİRLƏR KABİNETİNİN QƏRARI
“Təhsil haqqında” Azərbaycan Respublikası Qanununun tətbiq edilməsi barədə” Azərbaycan Respublikası Prezidentinin 2009-cu il 5 sentyabr tarixli 156 nömrəli Fərmanına əsasən, Azərbaycan Respublikası Təhsil Nazirliyinin təklifini nəzərə alaraq Azərbaycan Respublikasının Nazirlər Kabineti qərara alır:
1. “Ali təhsilin bakalavriat (əsas (baza ali) tibb təhsili) səviyyəsi üzrə ixtisasların (proqramların) Təsnifatı” təsdiq edilsin (əlavə olunur).
2. “Ali təhsilin bakalavriat səviyyəsi ixtisaslarının (proqramlarının) Təsnifatı”nın təsdiq edilməsi haqqında” Azərbaycan Respublikası Nazirlər Kabinetinin 2009-cu il 12 yanvar tarixli 8 nömrəli Qərarının (Azərbaycan Respublikasının Qanunvericilik Toplusu, 2009, № 1, maddə 29, № 4, maddə 287; 2011, № 3, maddə 230, № 11, maddə 1069; 2012, № 4, maddə 387, № 8, maddə 823, № 12, maddə 1378; 2013, № 3, maddə 330; 2015, № 6, maddə 786; 2016, № 3, maddə 619; 2017, № 2, maddə 313, № 4, maddə 607, № 9, maddə 1734; 2018, № 3, maddə 610) 1-ci hissəsi ləğv edilsin.
3. “Ali təhsilin bakalavriat və magistratura səviyyələri üzrə bəzi ixtisasların (ixtisaslaşmaların) Təsnifatı”nın təsdiq edilməsi haqqında” Azərbaycan Respublikası Nazirlər Kabinetinin 2011-ci il 31 oktyabr tarixli 177 nömrəli Qərarında (Azərbaycan Respublikasının Qanunvericilik Toplusu, 2011, № 10, maddə 976; 2014, № 4, maddə 446; 2015, № 3, maddə 325; 2017, № 4, maddə 620, № 7, maddə 1500; Azərbaycan Respublikası Nazirlər Kabinetinin 2018-ci il 26 noyabr tarixli 503 nömrəli Qərarı) aşağıdakı dəyişikliklər edilsin:
3.1. adında və 1-ci hissəsində “bakalavriat və magistratura səviyyələri” sözləri “magistratura səviyyəsi” sözləri ilə əvəz edilsin;
3.2. həmin Qərarla təsdiq edilmiş “Ali təhsilin bakalavriat və magistratura səviyyələri üzrə bəzi ixtisasların (ixtisaslaşmaların) Təsnifatı” üzrə:
3.2.1. adında “bakalavriat və magistratura səviyyələri” sözləri “magistratura səviyyəsi” sözləri ilə əvəz edilsin;
3.2.2. “Bakalavriat səviyyəsi üzrə” bölməsi ləğv edilsin.
4. “Ali təhsil pilləsində tibb təhsilinin əsas təhsili üzrə ixtisasların Təsnifatı”nın təsdiq edilməsi və “Ali təhsilin bakalavriat səviyyəsi ixtisaslarının (proqramlarının) Təsnifatı”nın təsdiq edilməsi haqqında” Azərbaycan Respublikası Nazirlər Kabinetinin 2009-cu il 12 yanvar tarixli 8 nömrəli Qərarında dəyişikliklər edilməsi barədə” Azərbaycan Respublikası Nazirlər Kabinetinin 2012-ci il 24 dekabr tarixli 314 nömrəli Qərarının (Azərbaycan Respublikasının Qanunvericilik Toplusu, 2012, № 12, maddə 1378; Azərbaycan Respublikası Nazirlər Kabinetinin 2018-ci il 8 noyabr tarixli 480 nömrəli Qərarı) 1-ci hissəsi ləğv edilsin.
5. Bu Qərar 2019-cu il 15 sentyabr tarixindən qüvvəyə minir.
Azərbaycan Respublikasının Baş naziri Novruz MƏMMƏDOV
Bakı şəhəri, 11 fevral 2019-cu il
№ 45
|
Azərbaycan Respublikası Nazirlər Kabinetinin 2019-cu il 11 fevral tarixli 45 nömrəli Qərarı ilə təsdiq edilmişdir. |
Ali təhsilin bakalavriat (əsas (baza ali) tibb təhsili) səviyyəsi üzrə ixtisasların (proqramların)
TƏSNİFATI
Sıra №-si |
İxtisasların (proqramların) şifri və adı |
|
1 |
2 |
3 |
1. Təhsil ixtisasları qrupu |
||
1. |
050101 |
Azərbaycan dili və ədəbiyyatı müəllimliyi |
2. |
050102 |
Biologiya müəllimliyi |
3. |
050103 |
Coğrafiya müəllimliyi |
4. |
050104 |
Dil və ədəbiyyat müəllimliyi (dillər üzrə) |
5. |
050105 |
Fizika müəllimliyi |
6. |
050106 |
Fiziki tərbiyə və çağırışaqədərki hazırlıq müəllimliyi |
7. |
050107 |
İbtidai sinif müəllimliyi |
8. |
050108 |
İnformatika müəllimliyi |
9. |
050109 |
Kimya müəllimliyi |
10. |
050110 |
Kimya və biologiya müəllimliyi |
11. |
050111 |
Korreksiyaedici təlim |
12. |
050112 |
Məktəbəqədər təhsil |
13. |
050113 |
Musiqi müəllimliyi |
14. |
050114 |
Riyaziyyat müəllimliyi |
15. |
050115 |
Riyaziyyat və informatika müəllimliyi |
16. |
050116 |
Tarix müəllimliyi |
17. |
050117 |
Tarix və coğrafiya müəllimliyi |
18. |
050118 |
Təhsildə sosial-psixoloji xidmət |
19. |
050119 |
Təsviri incəsənət müəllimliyi |
20. |
050120 |
Texnologiya müəllimliyi |
21. |
050121 |
Xarici dil müəllimliyi (dillər üzrə) |
2. Humanitar və sosial ixtisaslar qrupu |
||
22. |
050201 |
Beynəlxalq münasibətlər |
23. |
050202 |
Dinşünaslıq |
24. |
050203 |
Dövlət və ictimai münasibətlər |
25. |
050204 |
Fəlsəfə |
26. |
050205 |
Filologiya (dil və ədəbiyyat göstərilməklə) |
27. |
050206 |
Hüquqşünaslıq |
28. |
050207 |
İşlamşünaslıq |
29. |
050208 |
Jurnalistika |
30. |
050209 |
Kitabxanaçılıq və informasiya fəaliyyəti |
31. |
050210 |
Politologiya |
32. |
050211 |
Psixologiya |
33. |
050212 |
Regionşünaslıq (regionlar üzrə) |
34. |
050213 |
Sosiologiya |
35. |
050214 |
Tarix |
36. |
050215 |
Tərcümə (dillər üzrə) |
3. Mədəniyyət və incəsənət ixtisasları qrupu |
||
37. |
050301 |
Aktyor sənəti |
38. |
050302 |
Bədii yaradıcılıq və ekran dramaturgiyası |
39. |
050303 |
Bəstəkarlıq |
40. |
050304 |
Dekorativ-tətbiqi sənət (sahələr üzrə) |
41. |
050305 |
Dirijorluq (sahələr üzrə) |
42. |
050306 |
Dizayn (sahələr üzrə) |
43. |
050307 |
Heykəltəraşlıq |
44. |
050308 |
İnstrumental ifaçılıq (sahələr üzrə) |
45. |
050309 |
Musiqişünaslıq |
46. |
050310 |
Muzey, arxiv işi və abidələrin qorunması |
47. |
050311 |
Operator sənəti |
48. |
050312 |
Populyar musiqi və caz ifaçılığı (sahələr üzrə) |
49. |
050313 |
Qrafika |
50. |
050314 |
Rejissorluq |
51. |
050315 |
Rəngkarlıq |
52. |
050316 |
Sənətşünaslıq (sahələr üzrə) |
53. |
050317 |
Vokal sənəti (sahələr üzrə) |
54. |
050318 |
Xoreoqrafiya sənəti (sahələr üzrə) |
4. İqtisadiyyat və idarəetmə ixtisasları qrupu |
||
55. |
050401 |
Beynəlxalq ticarət və logistika |
56. |
050402 |
Biznesin idarə edilməsi |
57. |
050403 |
Davamlı inkişafın idarə edilməsi |
58. |
050404 |
Dövlət və bələdiyyə idarəetməsi |
59. |
050405 |
İqtisadiyyat |
60. |
050406 |
Maliyyə |
61. |
050407 |
Marketinq |
62. |
050408 |
Menecment |
63. |
050409 |
Mühasibat |
64. |
050410 |
Statistika |
5. Təbiət ixtisasları qrupu |
||
65. |
050501 |
Biologiya |
66. |
050502 |
Biotexnologiya |
67. |
050503 |
Coğrafiya |
68. |
050504 |
Ekologiya |
69. |
050505 |
Fizika |
70. |
050506 |
Geologiya |
71. |
050507 |
Hidrometeorologiya |
72. |
050508 |
Kimya |
73. |
050509 |
Kompüter elmləri |
74. |
050510 |
Mexanika |
75. |
050511 |
Riyaziyyat |
6. Texniki və texnoloji ixtisaslar qrupu |
||
76. |
050601 |
Aerokosmik mühəndislik |
77. |
050602 |
Aqromühəndislik |
78. |
050603 |
Aviasiya təhlükəsizliyi mühəndisliyi |
79. |
050604 |
Cihaz mühəndisliyi |
80. |
050605 |
Dəniz naviqasiyası mühəndisliyi |
81. |
050606 |
Ekologiya mühəndisliyi |
82. |
050607 |
Elektrik və elektronika mühəndisliyi |
83. |
050608 |
Energetika mühəndisliyi |
84. |
050609 |
Gəmi energetik qurğularının istismarı mühəndisliyi |
85. |
050610 |
Gəmiqayırma və gəmi təmiri mühəndisliyi |
86. |
050611 |
Geofizika mühəndisliyi |
87. |
050612 |
Geomatika və geodeziya mühəndisliyi |
88. |
050613 |
Hava nəqliyyatının hərəkətinin təşkili |
89. |
050614 |
Həyat fəaliyyətinin təhlükəsizliyi mühəndisliyi |
90. |
050615 |
İnformasiya təhlükəsizliyi |
91. |
050616 |
İnformasiya texnologiyaları |
92. |
050617 |
İnşaat mühəndisliyi |
93. |
050618 |
Kimya mühəndisliyi |
94. |
050619 |
Kommunikasiya sistemləri mühəndisliyi |
95. |
050620 |
Kompüter mühəndisliyi |
96. |
050621 |
Logistika və nəqliyyat texnologiyaları mühəndisliyi |
97. |
050622 |
Maşın mühəndisliyi |
98. |
050623 |
Materiallar mühəndisliyi |
99. |
050624 |
Mədən mühəndisliyi |
100. |
050625 |
Meliorasiya mühəndisliyi |
101. |
050626 |
Memarlıq |
102. |
050627 |
Metallurgiya mühəndisliyi |
103. |
050628 |
Mexanika mühəndisliyi |
104. |
050629 |
Mexatronika və robototexnika mühəndisliyi |
105. |
050630 |
Mühəndis fizikası |
106. |
050631 |
Neft-qaz mühəndisliyi |
107. |
050632 |
Nəqliyyat mühəndisliyi |
108. |
050633 |
Nəqliyyat tikintisi mühəndisliyi |
109. |
050634 |
Proseslərin avtomatlaşdırılması mühəndisliyi |
110. |
050635 |
Qida mühəndisliyi |
111. |
050636 |
Radiotexnika və telekommunikasiya mühəndisliyi |
112. |
050637 |
Şəhərsalma |
113. |
050638 |
Sənaye mühəndisliyi |
114. |
050639 |
Uçuş mühəndisliyi |
115. |
050640 |
Yanğın təhlükəsizliyi mühəndisliyi |
7. Kənd təsərrüfatı ixtisasları qrupu |
||
116. |
050701 |
Aqronomluq |
117. |
050702 |
Bağçılıq və tərəvəzçilik |
118. |
050703 |
Balıqçılıq |
119. |
050704 |
Baytarlıq təbabəti |
120. |
050705 |
Bitki mühafizəsi |
121. |
050706 |
Meşəçilik |
122. |
050707 |
Şərabçılıq |
123. |
050708 |
Su bioehtiyatları və akvakultura |
124. |
050709 |
Torpaqşünaslıq və aqrokimya |
125. |
050710 |
Yerquruluşu və daşınmaz əmlakın kadastrı |
126. |
050711 |
Zoomühəndislik |
8. Səhiyyə, rifah və xidmət ixtisasları qrupu |
||
127. |
050801 |
Bədən tərbiyəsi və idmanda reabilitasiya |
128. |
050802 |
Əczaçılıq |
129. |
050803 |
Fizioterapiya və tibbi reabilitasiya |
130. |
050804 |
İdman menecmenti və kommunikasiya |
131. |
050805 |
Məşqçilik |
132. |
050806 |
Nəqliyyatda servis (nəqliyyat növləri üzrə) |
133. |
050807 |
Sosial iş |
134. |
050808 |
Tibb bacısı işi |
135. |
050809 |
Turizm bələdçiliyi |
136. |
050810 |
Turizm işinin təşkili |
9. Əsas (baza ali) tibb təhsili üzrə ixtisaslar qrupu |
||
137. |
050901 |
Hərbi tibb |
138. |
050902 |
İctimai səhiyyə |
139. |
050903 |
Stomatologiya |
140. |
050904 |
Tibb |
10. Xüsusi təyinatlı ixtisaslar qrupu |
||
141. |
XTB050101 |
Hərbi kompozisiya materialları mühəndisliyi |
142. |
XTB050102 |
Hərbi rabitə vasitələri mühəndisliyi |
143. |
XTB050103 |
Optotexnika mühəndisliyi |
144. |
XTB050104 |
Pirotexniki və partladıcı vasitələr mühəndisliyi |
145. |
XTB050105 |
Sərhəd təhlükəsizliyi və idarəetmə |
146. |
XTB050106 |
Silah və silah sistemləri mühəndisliyi |
147. |
XTB050107 |
Sistemlər mühəndisliyi |
148. |
XTB050108 |
İctimai təhlükəsizlik və idarəetmə |