18-10-2018

Rektor birinci kurslarla görüşüb

Bakı Dövlət Universitetinin rektoru, akademik Abel Məhərrəmov Coğrafiya, Ekologiya və Torpaqşünaslıq,   Filologiya, Tarix, Hüquq və Şərqşünaslıq fakültələrinin birinci kurs tələbələri ilə görüşüb. Tədbirdə Tədrisin təşkili və təlim texnologiyaları üzrə prorektor, professor İradə Əliyeva, Elm və innovasiyalar üzrə prorektor, AMEA-nın müxbir üzvü, professor Aydın Kazımzadə, Sosial məsələlər, tələbələrlə iş və ictimaiyyətlə əlaqələr üzrə prorektor, professor Sani Hacıyev, adıçəkilən fakültələrin dekanları, kafedra müdirləri, professor-müəllim heyəti və tələbələr iştirak edib.

Rektor universitet haqqında məlumat verib,  tələbələrin inkişafı üçün lazımi şəraitin yaradıldığını bildirib.  Universitetin 100 illik tarixi yubileyə hazırlaşmasından da bəhs edən rektor, yubiley ərəfəsində yeni Yataqxana şəhərciyinin və Yüksək Texnologiyalar Mərkəzinin istifadəyə veriləcəyini diqqətə çatdırıb.

Rektor birinciləri ali məktəbə qəbul olunmaları münasibətilə bir daha təbrik edib, onlara təhsildə nailiyyətlər arzulayıb, tövsiyələrini verib. Professor-müəllim heyətinə isə tələbələri elmi fəaliyyətə cəlb olunması ilə bağlı tapşırıq verib.

Sonda tələbələri maraqlandıran suallar cavablandırılıb.

Mətbuat və informasiya şöbəsi, 17 oktyabr 2018-ci il.

Digər yazılar

BDU-nun rektoru Elçin Babayev kollektivə təqdim edilib

BDU-nun Elmi Şurasının növbəti iclası keçirilib

Rektor birinci kurslarla görüşüb

Xarici ali təhsil müəssisələrində təhsil formasını seçən zaman vətəndaşlar nələrə diqqət etməlidirlər?

Transfer.edu.az ilə köçürülən tələbələrin cavabları açıqlanıb

Bu il qəbul imtahanlarında 500-dən yuxarı bal toplayan 1982 nəfər Bakı Dövlət Universitetini seçib