”Əlavə təhsil Mərkəzi” BDU Elmi Şurasının 09 iyul 2014-cü il tarixli iclasının qərarı və Rektorun R-121 saylı 29.09.2014-cü il tarixli əmri ilə yaradılmışdır. Mərkəz “Təhsil haqqında” Azərbaycan Respublikasının Qanunu və digər normativ-hüquqi sənədlər əsasında əlavə təhsilin kadrların yenidənhazırlanması və təkrar ali təhsil istiqamətləri üzrə təhsilin fasiləsizliyini təmin etmək məqsədilə kadr hazırlığını həyata keçirir. Mərkəzin əsas məqsədi təhsil xidmətlərindən istifadə üzrə əhalinin tələbatını reallaşdıqmaqdan, dövlətin və cəmiyyətin mənafeyi nəzərə alınmaqla insanların fasiləsiz və hərtərəfli təhsil almaq ehtiyacını təmin etmək, onların təhsil sahəsində tələb və hüquqlarının dolğun ödənilməsi üçün respublikanın təhsil mühitinin genişləndirilməsinə, ölkədə müasir tələblərə cavab verən təhsil bazasının formalaşdırılmasına kömək etməkdən ibarətdir. Yenidənhazırlanma təhsili ilkin baza peşə-ixtisas təhsili almış və müəyyən əmək sahəsində çalışan hər bir vətəndaşın müvafiq sahə üzrə yeni peşə və ixtisasa yiyələnmək istəyini həyata keçirən əlavə təhsil formasıdır və kadrlara olan real tələbatın daha dinamik və çevik surətdə ödənilməsinə xidmət edir. Bu təhsil forması ilkin baza təhsili proqramları ilə yenidən əldə ediləcək ixtisasın baza təhsili proqramı arasındakı fərqin bir tədris ilinə hesablanmış saatdan çox olmaması şərtilə mütəxəssislərə verilən əlavə təhsildir. Təkrar ali təhsil ilkin baza peşə-ixtisas təhsili proqramı ilə yenidən əldə ediləcək ixtisasın baza təhsil proqramı arasındakı fərq bir tədris ilinə hesablanmış saatdan çox olduqda, mütəxəssislərə verilən əlavə təhsil növüdür.

Əlavə təhsil şöbəsində 2 əməkdaş fəaliyyət göstərir.

1) Sektor müdiri: siyasi elmlər üzrə fəlsəfə doktoru, dosent Məmmədov Elçin Əli oğlu

2) İş icraçısı: Mövsümova Aynur Nəcəf qızı