09-10-2018

2018/2019-cu tədris ilində yenidənhazirlanma təhsili ilə bağlı

2018/2019-cu tədris ili üçün Bakı Dövlət Universitetində Kadrların Yenidənhazırlanması təhsili üçün 18.05.2018-04.07.2018-ci il tarixlərində sənəd qəbulu həyata keçirilmişdir. Bu təhsil forması ilə əlaqədar olaraq Bakı Dövlət Universitetinə 151 nəfər müraciət etmiş və onların sənədləri Azərbaycan Respublikası Nazirlər Kabinetinin 2010-cu il 6 sentyabr tarixli 163 nömrəli qərarı ilə təsdiq edilmiş “Əlavə təhsilin məzmunu, təşkili və əlavə təhsilin hər hansı istiqaməti üzrə təhsil almış şəxslərə müvafiq sənədin verilməsi qaydası”na uyğun olaraq yoxlanılmışdır. Bu təhsil forması ilkin baza təhsili proqramları ilə yenidən əldə ediləcək ixtisasın baza təhsili proqramı arasındakı fərqin bir tədris ili­nə hesablanmış saatdan çox olmaması şərtilə mütəxəssislərə verilən əlavə təhsildir.

Nəticə etibarilə 121 şəxsin sənədləri qaydalara tam uyğun olduğu üçün qəbul edilmiş və 08.10.2018-ci il tarixindən etibarən tələbələr müxtəlif ixtisaslar üzrə dərslərdə iştirak etməyə başlamışdırlar. Aşağıda adları qeyd olunan ixtisaslar üzrə tələbə sayını nəzərinizə çatdırırıq:

Coğrafiya müəllimliyi-34 nəfər

Riyaziyyat müəllimliyi-23 nəfər

Azərbaycan dili və ədəbiyyatı müəllimliyi-22 nəfər

Fizika müəllimliyi-30 nəfər

Kimya müəllimliyi-6 nəfər

Biologiya müəllimliyi-6 nəfər

 

 

Yenidənhazırlanma təhsili üzrə proqramları tam mənimsəyən, dövlət attestasiyasından müvəf­fəqiyyətlə keçən hər bir dinləyiciyə tabeliyində dövlət təhsil müəssisələri olan mərkəzi icra hakimiyyəti orqanı, bələdiyyə və ya əlavə təhsil müəssisəsi tərəfindən vahid formada dövlət sənədi - diplom verilir. Mütəxəssislərin yenidənhazırlanma diplomu ali və ya orta ixtisas təhsili haqqında müstəqil sənəd deyildir. İşə qəbul zamanı yenidənhazırlanma haqqında verilmiş diplom baza təhsili diplomu ilə birgə təqdim edildikdə hüquqi əsasa malikdir.

 

 

 

 

Digər yazılar