2018/2019-cu tədris ilində müxtəlif ixtisaslar üzrə ödənişli əsaslarla əyani formada yenidənhazirlanma təhsili almaq üçün qəbul

BAKI DÖVLƏT UNİVERSİTETİ


2018/2019-cu tədris ilində aşağıdaki ixtisaslar üzrə ödənişli əsaslarla əyani formada yenidənhazirlanma təhsili almaq üçün qəbul



E L A N E D İ R

Coğrafiya müəllimliyi
Turizm və otelçilik
Kimya müəllimliyi
Biologiya müəllimliyi
Fizika müəllimliyi
Riyaziyyat müəllimliyi
İqtisadiyyat
İnformatika müəllimliyi
Tarix müəllimliyi
Beynəlxalq münasibətlər
Azərbaycan dili və ədəbiyyat müəllimliyi
Rus dili və ədəbiyyatı müəllimliyi
Psixologiya
Sosial iş


Yenidənhazırlanma təhsili müəssisə, təşkilat,idarə və ayrı ayrı vətəndaşlarla Bakı Dövlət Universiteti arasında bağlanmış fərdi müqavilələr əsasında həyata keçirilir. Dövlət və özəl ali təhsil müəssisələrinin məzunları Azərbaycan Respublikası Nazirlər Kabinetinin 2010-cu il 6 sentyabr tarixli 163 nömrəli qərarı ilə təsdiq edilmiş “Əlavə təhsilin məzmunu, təşkili və əlavə təhsilin hər hansı istiqaməti üzrə təhsil almış şəxslərə müvafiq sənədin verilməsi Qaydası”na uyğun olaraq ilkin baza təhsili proqramları ilə yenidən əldə ediləcək ixtisasın baza təhsili proqramı arasındakı fərqin bir tədris ilinə hesablanmış saatdan çox olmaması şərtilə müsabiqədə iştirak edə bilərlər.

Yenidənhazırlanma təhsili almaq istəyənlər aşağıdakı sənədləri təqdim etməlidirlər:

- Rektorun adına ərizə;

- Ali təhsil haqqında sənədin (diplomun və ona əlavənin) notarial qaydada təsdiq olunmuş surəti;

- 3x4 sm ölçüdə 6 ədəd fotoşəkil;

- Sağlamlıq haqqında arayış

- Şəxsiyyət vəsiqəsinin surəti;

- Təhsil haqqını ödəmək haqqında öhdəlik müqaviləsi;


Sənədlər 2018-ci ilin may ayının 18-dən (istirahət günlərindən başqa) iyul ayının 4-dək saat 10:00-17:00-dək BDU-nun əsas binasında (otaq 247) qəbul edilir.

Yenidənhazırlanma təhsili almaq üçün universitetə sənəd vermiş şəxslərlə müsahibə aparılır. Müsahibədən uğurla keçənlər yenidənhazırlanma təhsilinə qəbul edilirlər.



Ünvan: Akademik Zahid Xəlilov küçəsi-23

Telefon: (012) 539-06-86

REKTORLUQ

Digər elanlar

2018/2019-cu tədris ilində müxtəlif ixtisaslar üzrə əlavə təhsil almaq üçün tələbə qəbulu