Tədrisin təşkili və idarə olunması Mərkəzi
Bakı Dövlət Universitetində (BDU) tədrisin idarə edilməsinin təkmilləşdirilməsi, müasir idarəetmə mexanizmlərinin yaradılması, kadr potensialının gücləndirilməsi, tədris prosesinin optimal tələblərə uyğun şəkildə təşkil edilməsi məsələləri BDU Elmi Şurasının 2019-cu il 09 oktyabr tarixli iclasında geniş müzakirə olunmuş və Tədrisin təşkili və idarə olunması Mərkəzinin yaradılması qərara alınmışdır. BDU Elmi Şurasının 2019-cu il 09 oktyabr tarixli Qərarını, Azərbaycan Respublikası Nazirlər Kabinetinin 2019-cu il 16 aprel tarixli 172 nömrəli Qərarı ilə təsdiq edilmiş “Bakı Dövlət Universitetinin Nizamnaməsi”nin 3.1.21-ci yarımbəndini rəhbər tutaraq Rektorun 04 noyabr 2019-cu il tarixli R-141 nömrəli əmri ilə Tədrisin təşkili və idarə olunması Mərkəzi yaradılmışdır. Əmrə uyğun olaraq Mərkəzin strukturunda aşağıda qeyd olunan şöbələr və sektorlar formalaşdırılmışdır:
1) Tədris prosesinin təşkili şöbəsi və onun nəzdində Təcrübənin təşkili sektoru;
2) Tyutorlarla iş şöbəsi;
3) Təhsil sənədləri ilə iş şöbəsi;
4) Qiyabi, Əlavə təhsil və Hazırlıq şöbəsi (onun nəzdində Qiyabi təhsil sektoru, Əlavə təhsil sektoru, Hazırlıq sektoru