01-05-2020
 

Bakalavriat (əsas (baza ali) tibb təhsili) təhsilinin məzmunu və təşkili Qaydalarında dəyişiklik edilməsi haqqında

Azərbaycan Respublikası Nazirlər Kabinetinin 2010-cu il 24 iyun tarixli 117 nömrəli Qərarı ilə təsdiq edilmiş “Bakalavriat (əsas (baza ali) tibb təhsili) təhsilinin məzmunu və təşkili Qaydaları”nda dəyişiklik edilməsi haqqında

 

“Təhsil haqqında” Azərbaycan Respublikası Qanununun tətbiq edilməsi barədə” Azərbaycan Respublikası Prezidentinin 2009-cu il 5 sentyabr tarixli 156 nömrəli Fərmanına əsasən, Azərbaycan Respublikası Təhsil Nazirliyinin təklifini nəzərə alaraq Azərbaycan Respublikasının Nazirlər Kabineti qərara alır: Azərbaycan Respublikası Nazirlər Kabinetinin 2010-cu il 24 iyun tarixli 117 nömrəli Qərarı (Azərbaycan Respublikasının Qanunvericilik Toplusu, 2010, № 6, maddə 561; 2012, № 12, maddə 1345; 2014, № 4, maddə 451; 2016, № 12, maddə 2239; 2017, № 4, maddə 665, № 12 (II kitab), maddə 2534; 2018, № 11, maddə 2431) ilə təsdiq edilmiş “Bakalavriat (əsas (baza ali) tibb təhsili) təhsilinin məzmunu və təşkili Qaydaları”nda aşağıdakı dəyişikliklər edilsin: 1. 1.6-cı bənd üzrə: 1.1. birinci abzas aşağıdakı redaksiyada verilsin: 2 “Bakalavriat səviyyəsində əyani təhsilalma formasının tədrisə tam cəlb olunma (fulltime) növü üzrə təhsilin normativ müddəti 4-5 ildir (qiyabi forma üzrə təhsil müddəti əyani təhsilalma formasının tədrisə tam cəlb olunma (fulltime) növü üzrə təhsilin normativ müddətindən bir il artıqdır). Əsas (baza ali) tibb təhsili səviyyəsində əyani təhsilalma formasının tədrisə tam cəlb olunma (fulltime) növü üzrə təhsilin normativ müddəti 5-6 ildir. Təhsilin normativ müddəti ayrı-ayrı ixtisasların təhsil proqramları ilə müəyyənləşdirilir. Bakalavriat (əsas (baza ali) tibb təhsili) səviyyəsində əyani təhsilalma formasının tədrisə qismən cəlb olunma (parttime) növü üzrə isə təhsilin müddəti təhsilalanın fərdi tədris planına uyğun olaraq müəyyənləşdirilir.”;

1.2. üçüncü abzas üzrə:

1.2.1. üçüncü cümləyə “əyani” sözündən sonra “(tədrisə tam cəlb olunma – fulltime və tədrisə qismən cəlb olunma – parttime)” sözləri əlavə edilsin və həmin cümlədə “, distant və sərbəst (eksternat)” sözləri “və distant (məsafədən)” sözləri ilə əvəz edilsin;

1.2.2. dördüncü cümləyə “əyani” sözündən sonra “(tədrisə tam cəlb olunma – fulltime və tədrisə qismən cəlb olunma – parttime)” sözləri əlavə edilsin;

1.2.3. beşinci cümlədə “və eksternat” sözləri “(məsafədən)” sözü ilə və “əsasnamələr” sözü “əsasnamə” sözü ilə əvəz edilsin.

2. 1.8-ci bəndin birinci abzasında “və ödənişsiz əsaslarla” sözləri “əsasla və dövlət sifarişi əsasında” sözləri ilə əvəz edilsin.

3. 2.3-cü bəndin üçüncü abzasının birinci cümləsi aşağıdakı redaksiyada verilsin: “Təhsil proqramlarında göstərilən fənlər üzrə proqramlar ali təhsil müəssisələri tərəfindən hazırlanır və Azərbaycan Respublikasının Təhsil Nazirliyi tərəfindən təsdiq edilir, tədris planlarına təhsil müəssisələri tərəfindən daxil edilən seçmə fənlər üzrə proqramlar isə təhsil müəssisələri tərəfindən təsdiq edilir.”.

3 4. 2.4-cü bənddə “Təhsil Nazirliyi” sözləri “Nazirlər Kabineti” sözləri ilə əvəz edilsin.

5. 2.9-cu bəndin üçüncü cümləsi aşağıdakı redaksiyada verilsin: “Əyani təhsilalma formasının tədrisə tam cəlb olunma (fulltime) növü üzrə məcburi auditoriya dərslərinin maksimal həcmi ayrı-ayrı ixtisaslar üzrə təhsil proqramları ilə, tədrisə qismən cəlb olunma (parttime) növü üzrə isə ayrı-ayrı ixtisaslar üzrə təhsil proqramları və təhsilalanın fərdi tədris planına uyğun olaraq müəyyənləşdirilir.”.

6. 2.22-ci bəndin ikinci, üçüncü və beşinci abzasları çıxarılsın.

 

Əli Əsədov

Azərbaycan Respublikasının Baş Naziri

Bakı şəhəri, 4 mart 2020-ci il № 80