25-02-2020
 

Tədrisin təşkili və idarə olunması Mərkəzi

Bakı Dövlət Universitetində (BDU) tədrisin idarə edilməsinin təkmilləşdirilməsi, müasir idarəetmə mexanizmlərinin yaradılması, kadr potensialının gücləndirilməsi, tədris prosesinin optimal tələblərə uyğun şəkildə təşkil edilməsi məsələləri BDU Elmi Şurasının 2019-cu il 09 oktyabr tarixli iclasında geniş müzakirə olunmuş və Tədrisin təşkili və idarə olunması Mərkəzinin yaradılması qərara alınmışdır.

Yuxarıda qeyd olunanları və BDU Elmi Şurasının 2019-cu il 09 oktyabr tarixli Qərarını, Azərbaycan Respublikası Nazirlər Kabinetinin 2019-cu il 16 aprel tarixli 172 nömrəli Qərarı ilə təsdiq edilmiş “Bakı Dövlət Universitetinin Nizamnaməsi”nin 3.1.21-ci yarımbəndini rəhbər tutaraq əmr edirəm:

 

  1. Tədris prosesinin təşkili və ona nəzarət şöbəsi, Tyutorların işinin əlaqələndirilməsi, informasiya təminatı və təhsil sənədlərinin verilməsi şöbəsi, Karyera, praktika və məzunlarla əlaqə Mərkəzi və Əlavə Təhsil Mərkəzi ləğv edilsin və onların bazası əsasında Tədrisin təşkili və idarə olunması Mərkəzi (bundan sonra - Mərkəz) yaradılsın.
  2. Mərkəzin Əsasnaməsi və strukturu təsdiq edilsin.
  3. Mərkəzin strukturunda aşağıdakı şöbələr və sektorlar yaradılsın:
    1. Tədris prosesinin təşkili şöbəsi və onun nəzdində aşağıdakı sektor:
      1. Təcrübənin təşkili sektoru;
    2. Tyutorlarla iş şöbəsi;
    3. Təhsil sənədləri ilə iş şöbəsi;
    4. Qiyabi, Əlavə təhsil və Hazırlıq şöbəsi və onun nəzdində aşağıdakı sektorlar:
      1. Qiyabi təhsil sektoru;
      2. Əlavə təhsil sektoru;
      3. Hazırlıq sektoru.

Digər yazılar