Bakı Dövlət Universiteti Məzunlar Assosiasiyasi
ƏSASNAMƏ
1. Ümumi müddəalar.
Elmi Şurasımn 28 oktyabr 2015-ci il tarixli iclasınm (protokol № 08) qərarı ilə qəbul edilmiş Karyera, praktika və məzunlarla əlaqə mərkəzinin əsasnaməsinə əsasən BDU məzunlar assosiasiyası yaradılmışdır.
BDU Məzunlar assosiasiyasının hüquqi ünvanı: Bakı şəhəri, Z. Xəlilov küç.23, internet şəbəkəsində saytın ünvanı td.bsu.edu.az/az/karyera merkezi/
2. Məzunlar Assosiasiyasının məqsədi və vəzifələri.
- BDU Məzunlar assosiasiyasının yaradılmasında məqsəd tələbə və məzunlara əmək bazarına adaptasiya olunmaqda, öz ixtisasları üzrə uğurlu karyera qurmalarına kömək etmək onların işlə təmin olunmasına dəstək olmaqdan ibarətdir.
- Universitetin müsbət imicinin qorunub saxlanılması və ictimaiyyətlə əlaqələrin saxlanılmasında iştirak
- Universitetdən məzun olan gənc mütəxəssislərin qeydiyyatının aparılması Əmək bazarının ixtisaslı kadrlara o, cümlədən Universitetin məzunlarına olan tələbatının sistemli təhlili.
Universitetin məzunlarının işə düzəlməsinin effektivliyinin təhlili
3. Assosiasiyanın üzvləri və vəzifələri
- Assosiasiyanın fəaliyyətində və təşkil etdiyi tədbirlərdə iştirak etmək
- Assosiasiyanın verdiyi səlahiyyət çərçivəsində onun beynəlxalq, dövlət, ictimai və digər qurumlarda təmsil etmək
- Əsasnamənın tələblərinə əməl etmək
- Digər üzvlərlə qarşılıqlı anlaşma və yardım əsasında əməkdaşlıq etmək
4. Assosiasiya üzvlüyünə qəbul və üzvlüyə xitam verilməsi
- Assosiasiya üzvlüyünə qəbul universitetin yazılı müracıəti əsasında Karyera, praktika və məzunlarla əlaqə mərkəzinin rəhbərliyi tərəfindən həyata keçirilir.
- Assosiasiyasiyanın üzvü aşağıdakı hallarda üzvlükdən çıxarıla bilər.
- Nəzərdə tutulmuş vəzifələrini yerinə yetirmədikdə və ya əsasnamə qaydalarına riayət etmədikdə