Bakı Dövlət Universitetiniıı karyera, praktika və məzunlarla əlaqə mərkəzi haqqında ƏSASNAMƏ
BDU Elmi Şurasımn 28 oktyabr 2015-ci il
tarixli iclasınm (protokol № 08) qərarı ilə
qəbul edilmişdir.
I. Ümumi nıüddəalar
Bu Əsasnamə «Karyera, praktika və məzunlarla əlaqə Mərkə- zi»nin (gələcəkdə Mərkəz) məzunlar, praktika və karyera pian- lama ilə bağlı fəaliyyətini nizamlayır.
Mərkəzin yaradılmasının məqsədi ölkəmizdə fəaliyyət göstərən dövlət və özəl müəssislərin, şirkətlərin və sənaye müəssisələrinin universitetlə sıx əməkdaşlıq əlaqələrinin qurulmasma, tələbə və məzunlara əmək bazarına adaptasiya olunmaqda, öz ixtisasları üzrə uğurlu karyera qurmalarına kömək etmək, mövcud vakansiyalar barədə məlumatlandırmaq, onların işlə təmin olunması- na dəstək olmaqdan ibarətdir.
Mərkəz öz fəaliyyətində «Təhsil haqqında» Azərbaycan Respublikasının 2009-cu il 19 iyun tarixli 833-IIIQ nömrəli Qanununu, Azərbaycan Respublikası Nazirlər Kabinetinin 2010-cu il 23 aprel tarixli 75 nömrəli qərarı ilə təsdiq edilmiş «Ali təhsil pilləsinin dövlət standartı və proqramı», ISO 9001:2000, 9001:2008 beynəlxalq standartları, BDU rektorunun əmr və s rəncamları, BDU Elmi Şurasının qərarları, bu əsasnamə və digər normativ-hüquqi sənədləri rəhbər tutur.
Mərkəzin tam adı: «Karyera, praktika və məzunlarla əlaqə Mərkəzi»dir. Mərkəzin qısaldılmış adı: «Karyera mərkəzi»dir.»
Mərkəz aşağıdakı ünvanda yerləşir: Bakı şəh., Z.Xəlilov küç, 23; Internet şəbəkəsində saytın ünvanı: www.karyera_mərkəzi.bsu.edu.az; E-mail: [email protected]
II. Mərkəzin strukturu
Mərkəzə Tədrisin təşkili və təlim texnologiyaları üzrə prorektorun təqdimatı üzrə irəli sürülən, Universitetin rektorunun əmri ilə vəzifəyə təyin olunan və tutduğu vəzifəsindən azad edilən müdir rəhbərlik edir.
Mərkəzin rəhbəri öz fəaliyyətində bilavasitə Tədrisin təşkili və təlim texnologiyaları üzrə prorektora tabedir.
Mərkəzin rəhbərinin və işçilərinin vəzifələri vəzifə təlimatları ilə müəyyənləşdirilir.
III. Mərkəzin əsas vəzifə və funksiyaları
Əsas vəzifələr:
- Universitetin müsbət imicinin qorunub saxlanılması, reytinqinin artırılması və ictimaiyyətlə əlaqələrin saxlanıllmasında iştirak.
- Tələbə və məzunların əmək bazarına adaptasiya olunmaqda, öz ixtisasları üzrə uğurlu karyera qurulmasına dəstək;
Funksivalar:
- Universitetdən məzun oian gənc mütəxəssislərin qeydiyyatının aparılması;
- Tələbələrin və məzunların tərcümeyi-halından ibarət məlumat bazasının yaradılması;
- Məzunlarm tərcümeyi-halından ibarət məlumat bazasına bütün maraqlı şəxs və təşkilatların girişini təmin etmək;
- BDU-nun məzunlarmın ixtisas iizrə işləmələrinə dair məlumat bazasının yaradılması;
- Məzunlarm təyinatının nəticələri, işə düzəlməsi ilə bağlı bütün tədbirlərə dair informasiyanın statistik emalı və təhlili;
- Əmək bazarınn ixtisaslı kadrlara, o cümlədən Universitetin məzunlarına olan tələbatının sistemli təhlili;
- BDU-nun təhsil proqramlarının bazarın tələbatlarına uyğunlaşdırılması üçün əmək bazarmın və işəgötürənlərin tələbatlarının monitorinqinin aparılması;
- Universitetin məzunlarına işə düzəlmə ilə bağlı informasiya vəməlumat dəstəyinin təşkili;
- Əmək bazarındakı vəziyyət və meyllərə, iş yeri axtaranlar üçün irəli sürülən tələblərə dair informasiyanın toplanılması, ümumiləşdirilməsi, təhlili və tələbələrə verilməsi;
- Əhalinin məşğulluq mərkəzləri, Azərbaycan Respublikası Sahibkarlar-İşəgötürənlər Birliyi, Azərbaycan-Türkiyə iş adamları Birliyi, kadr agentlikləri, müəssisələr, təşkilatlar, idarələr və digər qurumlarla BDU-nun məzunlarının işə götürülməsi ilə əlaqədar müqavilə münasibətlərinin və daimi qarşılıqlı əlaqələrin qurulub inkişaf etdirilməsi;
- Universitetin məzunlarının işə düzəlməsi ilə bağlı tədbirlərinin
- Mərkəzin fəaliyyət istiqamətlərinə dair karyera günlərinin,kompaniyalann, ixtisasların (peşələrin), tematik sərgilərin, konkursların, seminarların, konfransların və s. təqdimatlarının təşkili və keçirilməsi;
- Gənclərin məşğulluğuna və işə götürülməsinə dəstək milli və regional proqramlarının reallaşdırılmasında iştirakı;
- Universitetin məzunlarının işə düzəlməsinin effektivliyinin təhlili;
- Universitet rəhbərliyinin sənaye müəssisələrinin mülkiyyətçiləri və rəhbərləri, işəgötürənlər birliyi ilə qarşılıqlı əməkdaşlıq məsələlərinin həlli üçün görüşlərin təşkili və texniki müşayiəti
- Təşkilatlar, müəssisələrlə əməkdaşlıq haqqında kompleksuzun müddətli müqavilələrin bağlanması;
- Müəssisə və təşkilatlarda təcrübənin təşkilinə yardım göstərilməsi;
- Təşkilat və müəssisələrdə tələbələrin yay iş praktikasının təşkili;
- Müvafiq fırma və istehsalat müəssisələrinin BDU-da laboratoriyalarının yaradılmasına yardım;
- BDU -nun Məzunlar Assosiasiyasının yaradılması;
- Universitetin rəsmi saytında Mərkəzin veb-səhifəsinin apanlması.
IV. Mərkəzin hüquqları
Öz funksiyalarım həyata keçirərkən Mərkəz aşağıdakı hüquqlara malikdir:
- Öz vəzifə və funksiyalarını yerinə yetirməklə bağlı Universitetin struktur bölmələrindən material və informasiyanı istəmək və almaq;
- Rəhbərliyin sərəncamına universitetin məzunlarının və tələbələrin işə düzəlməsinə, əmək bazarına adaptasiyasına dair işlərin təşkilinin yaxşılaşdırılması üçün təkliflərin irəli sürülməsi.
V. Mərkəzin məsuliyyəti
Mərkəzin rəhbəri Mərkəz üzərinə qoyulmuş funksiyaların yerinə yetirilməsi üçün şəxsi məsuliyyət daşıyır.
Mərkəzin işçiləri vəzifə təlimatları əsasında müəyyənləşdirilmiş öz vəzifə borclarını vaxtında və effektiv yerinə yetirilməsi üçün şəxsi məsuliyyət daşıyırlar.
VI. Yekun müddəalar
Mərkəz, Tədrisin təşkili və təlim texnologiyaları üzrə prorektorun təqdimatı üzrə rektorun əmri ilə yenidən təşkil olunur və ya ləğv olunur.
Bu Əsasnaməyə dəyişikliklər və əlavələr rektorun əmri ilə edilir.