Təcrübənin təşkili sektoru

15-10-2018

XII Azərbaycan Beynəlxalq Təhsil Sərgisi

11-13 oktyabr tarixlərində Ekspo Mərkəzində Təhsil Nazirliyinin dəstəyi, “Caspian Event Organisers” (“CEO”) şirkətinin təşkilatçılığı ilə“Uşaqların gələcəyinə sərmayə” devizi altında XII Azərbaycan beynəlxalq təhsil sərgisinin (“Education 2018”) keçirilib. Dünyanın 12 ölkəsindən 135 iştirakçını bir araya gətirən sərgidə  Bakı Dövlət Universiteti öz stendi ilə təmsil olundu.

Açılış mərasimində çıxış edən Təhsil naziri Ceyhun Bayramov  Nazirliyin son illərdə təhsilin inkişafı sahəsində həyata keçirdiyi islahatların ayrı-ayrı pavilyonlarda əksini tapdığını vurğulayıb və sərginin ziyarətçilər üçün faydalı olacağına əminliyini bildirib.

Stendə baxış zamanı universitetdə aparılan elmi-tədqiqat işləri və onların nəticələri haqqında məlumat verilib. Sonra əyani təcrübələr aparılıb. Universitetin rektoru, akademik Abel Məhərrəmov Böyük Britaniyanın “Quacquarelli Symonds” (QS)  şirkətinin ali məktəblərin beynəlxalq  reytinq sırasında Azərbaycandan yalnız Bakı Dövlət Universitetinin yer aldığını bildirib. Rektor həmçinin Bakı Dövlət Universitetinin daha iki beynəlxalq reytinq cədvəlində  qərarlaşdığını nazirin diqqətinə çatdırıb.

Qeyd edək ki, üç gün davam edən XII Beynəlxalq Təhsil  Sərgisində ziyarətçilərə Bakı Dövlət Universitetinin bakalavr, magistratura və  doktorantura pillələri barədə məlumat verilib. Həmçinin ziyarətçilər universitetin beynəlxalq əlaqələri, ikili diplom, mübadilə, təqaüd və təcrübə proqramları ilə tanışolma şansı əldə ediblər.

 Bakı Dövlət Universiteti “Ən yaxşı informativ nümayişə görə” sertifikatı ilə təltif edilmişdir.

Digər yazılar

"Məktəblinin dostu" pilot layihəsinin təqdimatı keçirildi.

Dövlət İmtahan Mərkəzinin nümayəndələri tələbələrlə görüş keçirdi

24.05.2019-cu il tarixində Psixologiya Elmi-Tədqiqat İnstitutunda təcrübənin yekun konfransı keçirildi

Kimya fakültəsinin tələbələri 158 nömrəli məktəbdə pedaqoji təcrübə zamanı azərbaycan və italiyan dilində açıq dərs keçirmişlər.

"Coğrafiya müəllimliyi" ixtisasında təhsil alan tələbələrin 158 nömrəli məktəbdə pedaqoji təcrübəsi davam edir

“Dərs evi” Bakı dövlət Universitetinin tələbələri ilə görüş keçirdi.

"Coğrafiya müəllimliyi" ixtisasında təhsil alan tələbələrin 176 nömrəli məktəbdə pedaqoji təcrübəsi davam edir

BDU-nun məzunu olmuş Elnur Seyidli təqdimat keçirdi

Bakı Dövlət Universitetində ilk dəfə I Əmək yarmarkası keçirildi.

BDU-nun IV kurs tələbələri AMEA Aşqarlar Kimyası İnstitutunda təcrübə keçirlər

Gələcəyin Karyerası, Dəyişən Peşələr adlı seminar keçirildi

XXI əsrin bacarıqları adlı layihənin təqdimatı keçirildi.

Təhsil Nazirliyinin Təhsil İşçilərinin Peşəkar İnkişafı İnstitutunun əməkdaşları ilə görüş keçirildi

Atəşgah sığortanın rəhbərliyi ilə işə qəbul haqqında 2-ci dəfə görüş keçirildi.

“Procter&Gamble” şirkətində karyera imkanı və təcrübə proqramı barədə elanı sizin nəzərinizə yetiririk.

"Karyeraya hazırlıq" layihəsinin təqdimatı keçirildi.

XII Azərbaycan Beynəlxalq Təhsil Sərgisi

05.10.2018-ci il tarixində saat 11:00-da yeni tədris binasının akt zalında Atəşgahsığortanın rəhbərliyi ilə görüş keçirildi.

2016-2018-ci illərdə vəkilliyə qəbul üzrə sənəd vermiş namizədlərin statistik cədvəli

Bakı Dövlət Universitetində Azərbaycan ali təhsil sisteminin güclənməsinə dəstək adlı yeni TVİNNİNQ layihəsi çərçivəsində avropalı ekspertlərlə növbəti görüş keçirildi.