"Məktəblinin dostu" pilot layihəsinin təqdimatı keçirildi.
26 iyun 2019-cu il tarixində Təhsil nazirliyinin nümayəndələri tərəfindən Bakı Dövlət Universitetinin Sosial Elmlər və Psixologiya fakültəsinin buraxılış kurs bakalavriat və magistratura pilləsinin tələbələri üçün “Məktəblinin dostu” adlı pilot layihəsinin təqdimatı keçirilmişdir. Görüşü Karyera, praktika və məzunlarla əlaqə mərkəzinin müdiri Adil Xasayev açaraq sözü “Məktəblinin dostu” pilot layihəsinin rəhbəri Rüstəm Ağayevə vermişdir. Layihənin baş koordinatoru İsgəndər Məmmədov və layihə üzrə əlaqələndirici Sərxan Rüstəmova və BDU-nun Sosial iş kafedrasının müdiri Üzeyir Şəfiyev tələbələri bu pilot layihə haqqında məlumat vermişdir və sonda tələbələrə maraqlı olan suallar cavablandırılmışdır.
“Məktəblinin dostu” pilot layihəsi 2016-cı ilin dekabr ayında Azərbaycan Respublikası Təhsil Nazirliyi və Azərbaycan Respublikasının Prezidenti yanında Vətəndaşlara Xidmət və Sosial Xidmət innovasiyalar üzrə Dövlət Agentliyi ilə birgə 30 ümumi təhsil müəssisəsində fəaliyyətə başlamışdır. Layihə hazırda Bakı şəhərindəki 35 ümumi təhsil müəssisəsində həyata keçirilir.
Gələcəkdə layihənin əhatə dairəsinin genişləndirilməsi nəzərdə tutulur. Hər məktəbdə şagird sayına uyğun olaraq, minimum 3 nəfər olmaqla Məktəblinin Dostu fəaliyyət göstərir.
Layihənin əsas məqsədi müəllim və şagirdlər üçün təhlükəsiz mühit yaratmaq, fövqəladə hal baş verdikdə ilkin tibbi və psixoloji yardım göstərməkdir. “Məktəblinin dostu” seçilmiş şəxslər hər bir yaş mərhələsində uşaqların hərtərəfli şəxsi keyfiyyətlərinin və intellektual inkişafının təmin edilməsi, onlarda özünütərbiyə və özünüinkişaf bacarığının formalaşdırılmasında iştirak edirlər.
“Məktəblinin dostu” pilot layihəsində iştirak etmək istəyən məzunlarımız aşağıda göstərilən ünvana başlıq hissəsində “Məktəblinin dostu” və ya vakansiya sözünü yazmaqla bu CV-lərini göndərə bilərlər.
office@mdx.edu.az